manikur

Evdə manikür etməyin asan yolları

Baxış sayı: 1. 086

Hazırda koronavirus təhlükəsi olduğundan gözəllik salonları xidmətə bağlıdır. Amma bu o demək deyil ki, qadınlar baxımsız olmalıdır. Psixoloqlar da vurğulayır ki, baxımlı olmaq insanın ruh halına müsbət təsir edir. Yəni evdə də özünüzü gözəlləşdirmək üçün müxtəlif vasitələrdən istifadə edə bilərisniz.

Beləliklə, evdə manikür etməyin asan yollarını təqdim edirik.

Manikur

İlk olaraq əlləri və dırnaqları yumşaldın. Dırnaq və ətlərinin daha yaxşı təmizlənməsi üçün əvvəlcə əlləri ilıq və sabunlu suda saxlayın.

Bunun üçün 10 dəqiqə yetərlidir.

Müxtəlif qoxulu bitki yağlarını manikür suyuna əlavə etməklə daha yumşaq və rahat yonulan dırnaqlara sahib ola bilərsiniz.

Saralmış və zəif dırnaqları olanlar manikür suyuna yarım limon suyu da əlavə edə bilərlər.

Əllərinizi yumuşaltdıqdan sonra dınaqlarınızı kəsib törpüləyə bilərsiniz.

Dırnaqların düzgün və bərabər ölçüdə olması üçün törpü istifadə etmək şərtdir. Dırnaqların zərər görməməsi üçün metal yerinə, kağız və ya şüşə törpü istifadə etmək olar. Dırnaqları kəsdikdən sonra yanlarından çıxan dəriləri törpü ya da diş çöpünün köməyi ilə qaldırıb xüsusi qayçı ilə kəsə bilərsiniz. Əgər dırnaq ətləriniz azdırsa sadəcə geriyə doğru itələməklə kifayətlənə bilərsiniz.

Əllərinizi nəmləndirməyi unutmayın. Təmizlənmiş, kəsilmiş və yonulmuş dırnaqlardan sonra son addım əllərin nəmləndirilməsidir. Bir əl kremi ilə həm əlləriniz, həm də dırnaqlarınızı massaj edib nəmləndirə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir