12

Evlənmək üçün dilənçilik etdi, amma… – FOTO

Baxış sayı: 1. 339

İranın Buşəhr şəhərində 13 il öncə evlənmək üçün lazım olan vəsaiti toplamaq məqsədilə dilənçiliyə başlayan, amma başı işinə qarışdığından evlənə bilməyən şəxs həbs olunub.

“Gencaile.az” Trend-ə istinadən bildirir ki, saxlanılan şəxsın kimliyi araşdırılan zaman məlum olub ki, İsmayıl adlı bu şəxs Buşəhrin yaxınlığındakı qəsəbələrdən birində anadan olub. 9 il orta təhsil alıb. Bir qardaşı var. O, dilənçilik etdiyi pulları qardaşı vasitəsilə bank hesabına yatırırmış. Onun iki bank hesabında ümumilikdə 50 min dollara yaxın vəsaitin olduğu məlum olub.

O bildirib ki, evlənmək üçün lazım olan vəsaiti toplamaq məqsədilə bu işə başlayıb, amma sonradan evlənməyə vaxt tapa bilməyib.

Saxlanılan şəxs Buşəhr əhalisinin dilənçilərə yaxşı pul verdiyni və topladığı pulları hər üç aydan bir banka yatırdığını bildirib. Saxlanılan zaman dilənçinin üzərindən 9 kq 300 q ağırlığında pul götürülüb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir