makiyaj

Fransız makiyajını necə etmək olar?

Baxış sayı: 420

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı hiss etməyinizə kömək edəcək.

Beləliklə, parisli qadınların makiyaj sirlərini sizə təqdim edirik:

 

Dərinizi nəmləndirin

İlk addım olaraq dəri tipinizə uyğun nəmləndirici istifadə edin. Beləliklə, dərinizə sağlam və təravətli görünüş verin.

 

Təbii dəri makiyajı

Fransız makiyajının əsas elementlərindən biri təbii dəri görünüşünə nail olmaqdır. Bunun üçün dəri tonunuza uyğun yüngül örtüklü və parlaq rəngli tonal kremdən istifadə edin.

 

Göz makiyajına diqqət edin

Üçüncü addım olaraq, minimal göz layneri çəkərək gözlərinizi ön plana çıxarın. Kirpiklərin altını vurğulamaq üçün ora kiçik bir xətt və göz qapağının ortasına qədər çəkmək lazımdır.

Daha sonra açıq tonlarda tutqun göz makiyajı ilə gözlərinizi vurğulayın. Fransız makiyajı üçün zəruri olan uzun və bilinən kirpiklərdir. Bu səbəbdən tuş çəkməyi unutmayın.

Fransız makiyajını necə etmək olar? – Minimalizm və təbiilik

Bronzlaşdırıcı və ənlikdən istifadə etməyi unutmayın

Aydınlaşdırıcılar dərinizin təbii parıltı əldə etməsi üçün ideal köməkçi ola bilər. Sonra təbii qızartı vermək üçün yanaqlara ənlik çəkin.

 

Son addım olaraq qırmızı dodaq boyası çəkin

Fransız makiyajınızı qırmızı pomada ilə tamamlayın. Çünki bu onun vazkeçilməz hissəsidir. Qalıcı tutqun qırmızı pomada çəkmək sizə gün boyu rahatlıq verəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir