1

“Gələcək Gənclərlə Gələcək -2” adlı tələbəyönümlü layihə baş tutdu

Baxış sayı: 592

Bu gün Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik ili”  əlaqədar tədbirlər planına uyğun Reha Təlim Təhsil Mərkəzinin təşkilatçılığı və Bakı Biznes Universitetinin tərəfdaşlığı ilə “Gələcək Gənclərlə  Gələcək –2” adlı tələbəyönümlü layihə baş tutdu.

Layhiyənin rəhbəri Forumun təşkilində xüsusi xidməti olan bu qədər gənci və onların yol göstərənlərini bir araya gətirən, öz işığı ilə hər kəsin yolunu nurlandıran REHA Təlim və Təhsil Mərkəzinin təsisçisi, dəyərli İlhamə xanım Axundova  layhiyə haqqında geniş  məlumat  verdi.İlhamə Axundova ” Gələcək Gənclərlə Gələcək –2 ” layhiyəsinin həyata keçirilməsində  xüsusi dəstək olan,potensiallı gənclərimizin    tanınmasında  dəstək olan Bakı Biznes Universitetinin Filologiya  elmləri üzrə fəlsəfə doktoru Reyhan Dadaşovaya   xüsusi  təşəkkürlərini bildirdi.

8

Layihənin ideyası Ümummilli Lider Heydər Əliyevin əsası qoyduğu gənclər siyasətinin davamı olaraq, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda formalaşmasına, ictimai fəallığının artmasına və intellektual potensialının üzə çıxarılmasına xidmət edir.

Layihənin əsas məqsədi gənclərdə Azərbaycançılıq ideologiyasına sadiqlik, dövlətçilik təfəkkürü və milli mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirməklə yanaşı, onların şəxsi və ictimai bacarıqlarını inkişaf etdirməkdir. Gənclərin auditoriya qarşısında çıxış etmək, öz fikrini azad və məntiqli şəkildə ifadə etmək bacarıqlarını formalaşdırmaq, həmyaşıdlarına örnək olacaq çıxışçılar vasitəsilə bu istiqamətdə motivasiya yaratmaq layihənin əsas hədəflərindəndir.

2

Azərbaycançılıq ideologiyası milli birliyimizin təməlidir. Bu layihə çərçivəsində biz gənclərə bu ideyanın mahiyyətini – dilimizə, tariximizə, dövlətçiliyimizə, milli dəyərlərimizə sadiq olmağın vacibliyini aşılamağı, onları Vətəninə

bağlı, ölkəsinin gələcəyi üçün məsuliyyət daşıyan fərdlər kimi yetişdirməyi qarşıya məqsəd qoyuruq.

Ulu Öndər Heydər Əliyev hər zaman gəncliyə xüsusi diqqət göstərmiş və “Gənclər bizim gələcəyimizdir” deyərək onların inkişafını dövlət siyasətinin prioritet istiqamətinə çevirmişdir. Bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərə yaradılan imkanlar, ölkəmizin hərtərəfli inkişafında onların rolunu daha da artırır. Biz də bu layihə ilə həmin dövlət siyasətinə dəstək verməyi və onu təhsil mühitində aktiv şəkildə reallaşdırmağı qarşıya məqsəd qoyuruq.

6

Layihənin əsas istiqamətləri aşağıdakılardır:

Gənclərə Azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin aşılanması;

Heydər Əliyev irsinin və gənclər siyasətinin təbliği;

Tələbələrin özünüifadə, təqdimat və ictimai çıxış bacarıqlarının inkişafı;

Liderlik, təşəbbüskarlıq və sosial məsuliyyət duyğusunun gücləndirilməsi;

Qalib xalqın gəncləri olaraq, postmüharibə dövründə milli həmrəylik və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi.

Layihə çərçivəsində çıxış edəcək gənclər – fəal, təşəbbüskar və potensiallı tələbələr olmaqla, həmyaşıdları üçün nümunə rolunu oynayacaq, eyni zamanda milli ruhda yetişmiş yeni nəslin formalaşmasına xidmət göstərəcəklər.

Əminik ki, “Gələcək Gənclərlə Gələcək”-2 layihəsi tələbələrin mənəvi, intellektual və ictimai inkişafına mühüm töhfə verəcək,  təhsil və tərbiyə mühitinə yeni ruh qatacaqdır.

Tədbirin  fərqli tərəflərindən biridə odur ki,hər dəfə    fərqli universitetlərdə  təhsil alan tələbələr də   maraqlı və aktual mövzularda  çıxış edirlər.

Forumun  qonaqları   bir -birində maraqlı  cəmiyyətimiz üçün  yararlı olan mövzularda  çıxış  etdilər.

Forumda  ilk söz Bakı Biznes Universitetinin  Prorektoru Cavidan Heydərova  verildi.Cavidan   Heydərov  Universitetin bu  cür  marifləndirici  ,cəmiyyət üçün  faydalı  layhiyələri daim dəsləklədiklərini bildirdi.

Sonra söz Millət  vəkili ,filologiya elmləri doktoru,dosent Elnarə Akimovaya  verildi.

Tədbirdə çıxış  edən   dəyərli ziyalılar –Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydərov, Bakı Biznes Universitetinin  Humanitar   Fənlər Kafedrasının  müdiri Sabir  Sabir Əmirxanov,Humanitar  Fənlər  kafedrasının  müəllimi Filologoya elmləri  üzrə fəlsəfə doktoru Reyhan Dadaşova,Yazıçı  – publisist Aqşin Yenisey,Sumqayıt şəhər Müəllimlərin Tərəqqi Platformasının rəhbəri Günel Mirzəyeva,Dövlət İmtahan Mərkəzinin  əməkdaşı pedaqoq, içtimai şəxs Ülvi Qədir,Sumqayıt Dövlət Universitetinin  Tarix və coğrafiya fakültəsi,Azərbaycan və Şərqi Avropa xalqları tarixi  kafedrasının  baş  müəllimi Pərviz Cəfərov,Bakı Dövlət Universitetinin Tarix elimləri  üzrə fəlsəfə doktoru İradə Əlili,Azərbaycan Milli Konservatoriyasının  mətbuat katibi,yazıçılar birliyinin üzvi  şair-publisist Aysel Fikrət   “Gələcək Gənclərlə Gələcək”-2 forumundagələcəyimizi formalaşdıran ən əsas qüvvədən – gənclikdən danışdılar.

4

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Gənclər bizim gələcəyimizdir”. Və bu gün bu gələcəyin necə bir gələcək olacağını müəyyən edən amillərə birlikdə nəzər  saldılar.

Bu gün bir daha tələbələrimizin tumsalında müasir Azərbaycan gəncinin savadlnın, dünyagörüşünün, bacarığının şahidi oldular. Biz bu gün elə bir dövrdəyik ki, bilik – sadəcə məlumat deyil, gücdür.

Bugünkü Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət yetirir.

Ümummilli lider Heydər Əliyev siyasətində gənclərin təhsili hər zaman prioritet olmuşdur. Xaricdə təhsil proqramları, yeni universitetlər, innovativ layihələr -bunlar sadəcə başlanğıcdır.. Müasir gənclər öz bilikləri və təşəbbüsləri ilə artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilirlər.

Bugünkü lider gənc – təşəbbüskar, çevik, empatik və sosial məsuliyyətli olmalıdır.

Gəncin ən böyük gücü – özünə inamıdır. Bu inam olmasa, nə təhsil, nə də liderlik əhəmiyyət

Sonda bir daha vurğulamaq istəyirəm: Müasir Azərbaycan gənci artıq yalnız gələcəyin deyil, bugünün də söz sahibidir.

Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Gəlin, bu siyasətin daşıyıcısı olaraq, təhsilli, lider və özgüvənli gənclər olaq. Gələcəyimizi  bir yerdə quraq.

7

5

9

3




7 şərh ““Gələcək Gənclərlə Gələcək -2” adlı tələbəyönümlü layihə baş tutdu

  1. Mirzəyeva Nurcan

    Bizə bu cür mükəmməl şərait yaratdığınız üçün çox amma çox sağolun. Həqiqətən də “Gələcək Gənclərlə Gələcək”

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir