ceyhune huseynova 1

Gənclərimiz evliliyə hazırdırlarmı?

Baxış sayı: 1. 105

Evlilik deyərkən iki gəncin sevib birlikdə ailə qurması nəzərdə tutulur. Ailə kiçik bir dövlərdir. Ailə qurmadan öncə hər iki gənc sərbəst şəkildə öz qərarlarını verə bilən və ailədən nələri gözlədiklərinə əmin olan fərdlər olmalıdırlar. Ancaq son zamanlarda evlilik deyərkən daha çox evlilik mərasimləri yada düşür. Buna elçilik, nişan,  xına, qız toyu, oğlan toyu, həftə hamamı və digər marəsimlər aiddir. Bəzi mərasimlər dövrümüzdə öz qüvvəsini  itirsə də, bəziləri daha da geniş vüsət alır  daha da müasirləşir və çox xərc aparır. Bir çox ailələrin bu mərasimləri həyata keçirə bilmədiyi üçün, borca girməyə və bankdan faiz götürməyə məcbur olduqlarına şahidlik edirik.

Evliliyi bir növ alış-verişə çevirən valideyinlər  gələcək ailənin təməlini borc-xərclə qurmağa başlayırlar. Mərasimləri geridə qoyan gənc ailə ilk söz söhbətin təməlini qoymuş olur. Evlilikdən dərhal sonra isə tez bir zamanda övladsahib olmağa can atırlar.

sevgi

Hələ bir-birilərini yaxşıtanımayan gənclər tez bir zamanda  övlad sahibi olurlar. Övlad necə böyüdəcəkləri ona necə tərbiyə verəcəyləri haqqında heç bir anlayışı olmayan gənc ailə gələcəkdə də bir çox problemlərlə üzləşir və gedikcə bu problemlər daha da dərinləşməyə başlayır. Ailə daxili konfliktlərin yaranması irəlidə boşanmaya, ailə daxili şiddətə gətirib çıxarır. Təbii ki bu cür mühitdə böyüyən uşaqlarda  bir çox psixoloji problemlər ortaya çıxır.

sevgiGənc ailələrdə bu kimi problemlərin ortaya çıxmaması üçün onların tibbi müayinə ilə yanaşı, psixoloji müayinədən keçməli və lazımi yardım almaları tövsiyə olunur. Bu psixoloji cəhətdən  ailənin güclü təməlinin qoyulması üçün mühüm şərtdir. Hər iki gənc bir birini yaxşı tanımalı evlilikdə yarana biləcək çətinlikləri birlikdə aşmalıdırlar. Yalnız bu  zaman bu ailənin təməli güclü olacaq. Sağlam ailədə sağlam da uşaq büyüyəcək.

 

Ceyhunə Hüseynova




2 şərh “Gənclərimiz evliliyə hazırdırlarmı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir