geyim

Geyiminizin bahalı görünməsini istəyirsinizsə, mütləq bunu edin

Baxış sayı: 335

Qara rəng zərifliyin sinonimidir. O, hara getməyinizdən asılı olmayaraq sizi həmişə ciddi və cəlbedici göstərəcək. Qara “total-look” sizə boğucu təsir göstərirsə, onu digər dəbli çalarlarla düzgün birləşdirə bilmək vacibdir.

Stilistlər bu qış qaranı tünd qırmızı, boş və açıq yaşıl ilə birləşdirməyi təklif edir və bildirirlər ki, bu rənglərin birləşməsi geyimi daha bahalı göstərir.

 

Qara ilə boz

Qara ilə boz klassik, lakin mükəmməl birləşmədir. Yeri gəlmişkən boz müxtəlif çalarlarda istifadə edilə bilər: dərin qrafitdən tutmuş mavi və açıq boza qədər. Boz bu payız-qış mövsümünün ən dəbli rənglərindən biri olduğu üçün bəyəndiyiniz rəngə uyğun əşyalar tapmaq çətin olmayacaq.

 

Qara ilə qırmızı

Bu mövsümün başqa bir hiti qırmızıdır. Ən cəsarətli modapərəstlər qırmızının monoxrom obrazını yaradırlar, minimalistlər isə neytral tonlarla uzlaşdırmağa üstünlük verirlər. Qara bu işin öhdəsindən layiqincə gələcək. Qara və qırmızını müxtəlif nisbətlərdə qarışdıra və ya onlardan birini effekt kimi istifadə edə bilərsiniz. İstənilən halda tandem əla alınacaq.

 

Kərə yağı

Sarının bu “bahalı” çaları keçən mövsümün əsas tendensiyalarından birinə çevrildi və belə görünür ki, bu mövsüm də bizi tərk etməyi planlaşdırmır. Qara ilə sarının uyğunluğu ağ-qara klassik birləşməsi qədər universaldır, həm də daha maraqlı alternativ təşkil edir. Materillarla oynayın. Məsələn, yun və trikotajı ipəklə birləşdirərək fakturaları sınaqdan keçirin – bu rənglər istənilən parçada gözəl görünür.

Qara ilə zeytun rəngləri

Zeytun demək olar ki, istənilən rənglə birlikdə “bahalı” görünür, lakin ona lazımi zərifliyi əlavə edən qaradır. Bu, yaşılın demək olar ki, hər kəsə həqiqətən yaraşan yeganə çalarıdır. Buna görə də hər kəsə istisnasız olaraq bu rəng birləşməsini sınamağı tövsiyə edirik. Hər halda, görüntü çox təsir edici alınacaq.

 

Qara ilə krem

Qara və ağ klassikaya başqa bir yaxşı alternativ qara və kremin birləşməsidir. Krem ağdan daha yumşaq və daha nəcib görünür, buna görə də daha “bahalı” görünür. Unikal bir görüntü yaratmaq istəyirsiniz? Qara ilə kremi birləşdirin, obraz klassik, eyni zamanda ciddi və zərif təsir bağışlayacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir