sultan ulutas

Gözəlliyinizə gözəllik qatacaq 8 möcüzəvi qida

Baxış sayı: 1. 718

Quru dərinin həlli
Dəriniz quru və pul pul tökülür və bunun ən əhəmiyyətli dərmanı omeqa-3 yağlarıdır. Bu yağları əldə etmənin yolu isə qidalanma siyahınızakətan toxumu yağınıəlavə etməkdir. Kətan toxumu yağı dərinizi qidalandıracaq və nəmləndirəcək. Bu təsiri göstərməsi üçün etməniz lazım olan; hər gün 1 şorba qaşığı kətan toxumu yağını seçiminizə görə salat və yeməklərinizə əlavə etməkdir.

 Gənc qalmanın  sirri
” Nebahat Çehrə, Cindy Crawford, Catherine Zeta Jones, Halle Berry, Heidi Klum, Julia Roberts, Demi Moore, Kate Moss”- adlar fərqli, amma ortaq cəhətləri yaşlarını müəyyən etməkdə çətinlik çəkməyimiz və qidalanma menyularında olan möcüzəvi C Vitaminidir.
Siz də sonsuz gəncliyin sirrini tapan qadınlardan biri olmaq istəyirsinizsə C vitaminindən imtina etməyin və C vitamini anbarı olan kivi bolluca istifadə edin. Bu meyvənin sayəsində dərinizdəki kolajen istehsalı artacaq, uzun illər çox sağlam və bir o qədər də gənc görünən bir dəriyə sahib olacaqsınız.

Sızanaq problemlərinin həlli
Sızanaqların ən böyük düşmənlərindən biri sink anbarı olan balqabaq tumlarıdır. Edilən son bir araşdırmaya görə sızanaq problemi yaşayanların ən böyük əkliyi sinkdir. Gündəlik lazım olan doğru miqdar gündə 2 xörək qaşığıdır.

Şişkinliyin həlli
Hamımızın ən böyük problemi şişkinlik olması problemidir. Hər səhər şar kimi şişmiş bir üzlə qarşı qarşıya qalırıq. Bu problemi yaşayırsınızsa həlli sadədir – Vəzəri (göyərti).
Çox güclü bir antioksidan olan və bol miqdarda dəmir ehtiva edən vəzəri üzünüzdəki şişkinliyi aradan qaldıracaq, məsamələrinizin kiçilməsini təmin edəcək və daha parlaq bir dəriyə qovuşacaqsınız. Təbii ki, hər gün nizamlı olaraq istifadə etmək şərtiylə.

Mənalı baxışların
Daha böyük, parlaq və daha ağ gözlər üçün lazımlı olan maddə lutein maddəsidir. Yaxşı, bəs bu möcüzəvi maddə hansı qidada bol miqdarda var? Təbii ki,ispanaqda. Gözlərinizin gözəlliyinə əhəmiyyət verirsinizsə gündə ən az 2 stəkan dolusu ispanaq suyu istehlak etməyə çalışın.

Daha ağ dişlər
«Dişlərinizin daha ağ olmasını istəyirsinizsə bol bol alma istehlak edin.» Deyən mütəxəssislər həmçinin əlavə edir: «alma xüsusilə dişlənərək yeyildiyində diş səthinə sürtünən alma dişdəki ləkələri aradan qaldırır. Bu xüsusiyyət dişlərin daha aydın görünməsini təmin edir.

Uzun dırnaqların
Dırnaqlarınızın uzun və daha dayanıqlı olmasını istəyirsinizsə həftədə ən az 3-4 dəfə yumurta istehlak etməlisiniz. Yumurtada olan „biotin“ sayəsində daha sağlam dırnaqlara sahib olacaqsınız.

Göz qamaşdıran saçlar
Daha dolğun, parlaq və sağlam saçların ehtiyacı olan silikondur. Və bunu üçün də tərkibində bol miqdarda silikon qida təzə paxladır. Bol miqdarda silikon istehlakı təsirini 9 ay içərisində göstərər və saçlar daha dolğun, sağlam olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir