Kakos yagi

Gözəlliyiniz üçün kakos yağından belə istifadə edin

Baxış sayı: 1. 697

Yüksək istiliyə dözümlü olan və daha çox qızartmalarda istifadə edilən kakos yağı gözəllik, sağlamlıq və təmizlik məsələlərində də sizə kömək edəcək.

“Gencaile.az” kakos yağının fərqli istifadə qaydalarını təqdim edir.

Kirpik və qaşları gücləndirir. Eyni miqdarda kakos yağı ilə hind yağını qarışdırın. Qarışımı tuj fırçası ilə kirpik və qaşlarınıza sürtün. Hind yağı qalınlaşmasına, kakos yağı isə uzanmasına kömək edəcək.

Mikrodalğalı sobada 3 yemək qaşığı kakos yağını isidin. Soyuduqdan sonra daraqla saçlarınıza sürtün və masaj edərək baş dərisinə yedirin. Saçları yığıb 30 dəqiqə sonra yuyun. Gecə yatarkən sürtüb səhər oyananda yumaq da olar.

Göz makiyajını, xüsusən tuju təmizləmək üçün pambığın üzərinə kakos yağını damcıladın. Makiyajı asanlıqla təmizləyə bilərsiz.

Kiçik bir kasanın içində üyüdülmüş qəhvə və dəniz duzu ilə kakos yağını qarışdırıb dərinizə sürtün. Yavaşca əlinizlə və bədən fırçası ilə ovun. Sonra durulayın.

Üz və bədəninizi nəmləndirmək üçün üzünüzə çəkin. Toxumaların yenilənməsinə kömək edəcək.

Kakos yağı dodaq quruluğuna çox kömək edir. Kasanın içinə bir miqdar kakos yağı, bir neçə damcı vanil yağı və qəhvəyi şəkər qoyun. Bu formul həm dodaqlarınızı qurumaqdan qoruyacaq, həm də ağzınıza xoş dad verəcək.

Üzünüzü qırxarkən kakos yağından istifadə edin. Təraş zamanı ortaya çıxan qıcıqlanmanı aradan qaldıracaq.

Makiyaj fırçalarını tez-tez təmizləmək üçün bir stəkan kakos yağı ilə antibakterial yuyucu tozunu qarışdırın və bir həftə saxlayın. Sonra fırçalarınızı bu qarışıma qoyun. Kağız dəsmalla çıxardığınız fırçaları çıxarıb durulayın. 1 gün qurumasını gözləyin.

Kakos yağı sizi ağcaqanadlardan qoruyacaq. İçinə bir miqdar nanə ekstraktı da qata bilərsiz.

Gözətrafı qırışlar üçün kakos yağını həmin həssas bölgəyə vurun.

Hamilə ikən bədəninizə vurduğunuz kakos yağı ilə qarın və omba bölgənizdəki çatların qarşısını ala bilərsiz.

Bir sprey şüşəsində 1 çay qaşığı kakos yağı, bir stəkan isti su və bir çay qaşığı dəniz duzunu qarışdırın. Evdə saçlarınıza sıxıb şəkil verə bilərsiz.  Uzun müddət forması pozulmayacaq.

Mətbəxdə tərəvəz və göyərti doğramaq üçün istifadə etdiyiniz taxtanı ayda bir dəfə kakos yağı ilə silin.

Evdə olan bitkilərinizin yarpaqlarını kimyəvi maddələrlə parıldatmaq yerinə az miqdarda kakos yağı ilə silin.

Tava və qazanlarınızın içinə kakos yağı sürtüb paslanmasını əngəlləyə bilərsiz.

Yeni aldığınız geyimlərin üzərindəki yapışqan etiketləri çıxarmaq üçün kakos yağı ilə qabartma tozunu qarışdırıb etiketin üzərinə sürtün.

Dəri pencək və ayaqqabılarınızı kakos yağı ilə silin ki, parlaqlığını qorusun.

Həşərat dişləyən bölgədə qaşınma yaranıbsa, ora kakos yağı sürtün.

Tez-tez manikür etdirən və dırnaq ətlərini yeyənlər kakos yağını dırnaq kənarlarına sürtüb masaj etsin. Dərinin sərtləşməsini əngəlləyir və yenilənməsinə kömək edir.

Lüks bir masaj üçün kakos yağı və uçucu yağı (essential oil) qarışdırın. Ən bahalı masaj yağından belə daha effektli təsir yaradacaq.

Almacıq sümüklərin üzərinə bir az kakos yağı sürtüb yedirin. Dolğunlaşdırır.

Qıvrım saçlarınız şişib sizi narahat edirsə, kakos yağı ilə şəkilləndirin.

Kakos yağı ilə qabartma tozunu qarışdırıb dişlərinizi fırçalayın. Dişlərinizin ağardığını görəcəksiz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir