gunes

Günəş şüaları, yoxsa Günəşdən qoruyucu krem – hansı daha zərərlidir?

Baxış sayı: 386

Günümüzdə bir çox insanın əsas zərurətinə çevrilən günəşdən qoruyucu kremlər istifadə edib-etməməkdə qərarsız olanlarda çaşqınlıq yarada bilər. Zərərli günəş şüalarının yaratdığı dəri xərçənginin qarşısını almaq üçün bədənimizə kimyəvi bir maddə tətbiq etməklə özümüzə daha çox zərər vermiş ola bilərikmi?

Günəş şüaları dərimizə və sağlamlığımıza düşündüyümüzdən daha çox zərər verir. Günəşin ən asan əldə edilən şüası olan UV-A genlərimizi dəyişdirəcək qədər güclüdür. Belə ki, siz günəş vannası qəbul etdiyiniz zaman təkcə dəriniz qaralmır, həm də zərərli şüalar genlərinizlə oynayır. Şüalar dərinizdəki hüceyrələrə çatır və onları öldürür. Qaralmağa və gözəlləşməyə çalışdığımızdan xəbərsiz olan bədənimiz bütün gücü ilə ölü hüceyrələri yeniləməyə çalışır. Yanmış nahiyələrə qan axır və damarlarımız genişlənir, qan yığıldıqca dərimizin rəngi qaralır.

Eyni zamanda Günəş şüaları hər dəfə dərimizə yaxınlaşıb yandırdıqda biz fiziki yaşlanma prosesimizi sürətləndiririk. Dərimizin ən aşağı təbəqələrinə çata bilən şüalar, yaşlandıqca onsuz da xarab olacaq toxumaları da zədələyir. Bir növ qocalma prosesini sürətləndirir.

 

Təəssüf ki, “zərərsiz qaralma” deyə bir şey yoxdur…

Dəri Xərçəngi Vəqfinin məlumatına görə, düzgün qaralma deyə bir proses yoxdur. Hər dəfə qaraldığınız zaman siz dəri xərçənginə bir az da yaxınlaşırsınız. Günəşdən qoruyucu kremlər şüaların zərərinin qarşısını böyük ölçüdə ala bilər, lakin unutmayın ki, onların heç biri 100 faiz qoruma təmin etmir.

Kimyəvi günəş qoruyucuları: Onlar üzvi molekullardan ibarətdir və ümumiyyətlə daha yüksək qorunmaya malikdirlər.

Fiziki günəş qoruyucuları: Onlar qeyri-üzvi molekullardan (minerallardan) ibarətdir və kimyəvi günəşdən qoruyuculardan daha aşağı qorunma qabiliyyətinə malikdirlər.

Nomenklaturadakı fərq, xüsusən də “kimyəvi” sözü sizi narahat edə bilər. Ancaq bunun yalnız bir ad olduğunu və kimyəvi günəşdən qoruyucuların üzvi molekullardan ibarət olduğunu başa düşmək lazımdır.

Doğrudur, günəşdən qoruyucu vasitələr müəyyən qədər qanımıza daxil ola bilər, amma önəmli olan səviyyədir. Yəni bu, qanımıza daxil olan hər kimyəvi maddənin bizə zərər verəcəyi anlamına gəlmir. Günəş qoruyucularının tərkibindəki kimyəvi maddələrin bizə zərər verməsi üçün onları ən az 200 il davamlı olaraq dərimizə sürtməliyik.

 

Bəs hansı günəş kremindən istifadə etməliyik?

Dərinizin tipinə (həssas, yağlı, quru və s.) uyğun olaraq seçməli olduğunuz krem növünü seçməlisiniz. Növündən asılı olmayaraq, sizi günəşin zərərli şüalarından qoruyacaq ən yaxşı krem axtarırsınızsa, ən bahalısını axtarmağa ehtiyac yoxdur.

Minimum SPF 30, maksimum 50 və UV-A və UV-B qoruyucusu olan istənilən kremi seçərək, hər 2 saatdan bir bol-bol tətbiq edib yenilədikdə maksimum effekt əldə edə bilərsiniz.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir