kisi-qadin

Güvənilməyəcək və güvəniləcək kişi – Siz hansındansınız?

Baxış sayı: 1. 245

Bəzən birinə inanmağa çətinlik çəkirik. Xüsusən qadın-kişi münasibətlərində yaranan şübhələr daim beynimizdə suallar yaradır: “Görəsən həqiqiətən sevirmi?”, “Görəsən yalan danışırmı?”, “Mənə nə qədər önəm verir?”

Bəs ağlımızdakı bütün bu sualları necə cavablandıra bilərik?

1.      Güvənilməyəcək kişi qadınlara onları sevdiyini vəd edir, güvəniləcək kişi isə həqiqətən sevir.

2.      Güvənilməyəcək kişi qadınları anladığını düşünür, güvəniləcək kişi isə qadınları heç vaxt anlamadığını…

3.      Güvənilməyəcək kişi münasibətin gələcəyini planlaşdırır, qadın onun hər addımını əvvəlcədən təxmin edə bilir. Güvəniləcək kişi münasibəti həyatın axarına buraxar, nə vaxt nə edəcəyini bilməzsiniz.

4.       Güvənilməyəcək kişi qadını qazanılacaq mükafat, güvəniləcək kişi hədiyyə kimi görür.

5.       Güvənilməyəcək kişi boş sözlər verir, güvəniləcək kişiylə heç vaxt boş həyat yaşamazsınız.

6.      Güvənilməyəcək kişi zaman-zaman səhvlərini düzəltməyə çalışar, güvəniləcək kişi isə buna ehtiyac duymaz.

7.      Güvənilməyəcək kişi yanınızda olmaq istəyər, güvəniləcək kişi sizi anlamağa çalışar.

8.      Güvənilməyəcək kişi qadınlarla münasibətə oyun kimi baxır, güvəniləcək kişi eşqi oyuna çevirməz.

9.      Güvənilməyəcək kişi detalları unudur, güvəniləcək kişi hər bir detala önəm verir.

10.  Güvənilməyəcək kişi sizə çox sual verməz, güvəniləcək kişi bütün sallarına cavab tapana qədər sual verər.

11.  Güvənilməz kişinin hərəkətlərində dərinlik olmaz, güvəniləcək kişi ruhunuzun dərinliklərinə qədər enər.

12.  Güvənilməyəcək kişi sizin zamanla qısqanc birisi olmanıza səbəb olar, güvəniləcək kişi isə sizi ətrafınızdakı kişilərdən qısqanar.

13.  Güvənilməyəcək kişi “balam” kimi xitabları sevər, güvəniləcək kişi bu cür yanaşmalardan uzaq durar.

14.  Güvənilməyəcək adam üçün sevmək maraqlı bir gəzintiyə çıxmaqdır, güvəniləcək kişiyə görə bu uzun bir səfərdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir