hamile

Hamilə qadınlar çimərliyə gedə bilərmi?

Baxış sayı: 1. 182

Üzmə zamanı qol, ayaq və qarın nahiyəsində olan bütün əzələlər işlədiyi üçün hamilə qadında ürək vurğusu və alınan oksigenin miqdarı artır. Bunun sayəsində dölə gedən oksigenin miqdarında da artma olur.

Bunucərrah-mama-ginekoloq Yeganə Əliyeva bildirir.

Həkim deyir ki, hamiləliyin ilk üç ayında üzmə ürəkbulanma və qusmanı da azalda bilir.

Digər aylarda üzmək bağ və vətərləri möhkəmləndirərək, bel və kürək ağrılarını azaldır. İlk üç ayda həftədə 2-3 dəfə və gün ərzində 20 dəqiqə üzmək kifayətdir. Sonra isə müddəti30 dəqiqəyə qədər artırmaq olar.

Yayın isti aylarında hamilə qadınları maraqlandıran ən aktual sual – “Hamilə qadınlar çimərliyə gedə bilərmi?”, sualıdır. Bu suala cavabımız “bəli”dir. Hamilə qadınlara dənizdə üzmək ziyan deyil. Hətta dəniz üzgüçülük hovuzlarına nisbətən daha təmiz hesab olunur. Ancaq hamilələr getdikləri çimərliyin təmiz olmasına mütləq fikir verməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir