hamile

Hamilələr mütləq oxusun! Normal doğuşun ÜSTÜNLÜKLƏRİ

Baxış sayı: 1. 863

Normal doğuş nə zaman məsləhət görülmür? Normal doğuşun üstünlükləri nədir? Bununla bağlı “Gencaile.az” Aile.lent.az-a istinadən hamilə xanımlara məsləhətlər təqdim edir.

Normal doğuşa mane olan səbəblər:

  1. Körpənin düz gəlməməsi
  2. Ana qarnında körpənin yan duruşu
  3. Ciftin öndə olması
  4. Ciftin vaxtından tez ayrılması
  5. Körpənin göbək ciyəsinin başından öndə olması
  6. Körpəyə gedən mayenin azalması
  7. Üçəm hamiləlik
  8. Əkiz hamiləlikdə körpələrdən birinin ana qarnında tərs durması
  9. Ananın sümük quruluşunun uşağın keçə biləcəyindən dar olması
  10.  Anada ürək xəstəliyi, yüksək təzyiq, bel yırtığı kimi xəstəlikləri səbəbindən güc verməsinin problem yaradacağı vəziyyətlər
  11.  Ananın genital bölgəsində əmələ gəlmiş uçuq və papilloma virusu kimi infeksiyaların meydana gəlməsi

Bu cür vəziyyətlərdə normal doğuş yerinə qeysəriyyə əməliyyatı üstün tutulmalıdır.

Normal doğuşun üstünlükləri:

  • Normal doğuşdan dərhal sonra ana körpəsini əmizdirə bilər.
  • Körpə doğuş zamanı ciyərində olan mayeni xaric edə bilir.
  • Doğuşdan 8 saat sonra xəstəxanadan çıxa bilər.
  • Ana gündəlik həyatına daha az vaxtdan sonra qayıda bilir.
  • Normal doğuşla ana olan qadınlar artıq çəkidən daha az zamanda xilas ola bilirlər.
  • Uşaq narkoz qəbul etməmiş olur.

Normal doğuş nə qədər davam edir?

Təbii doğuş 3 mərhələdən ibarətdir.

Birinci mərhələ: Gizli və aktiv olmaqla iki mərhələyə ayrılır. Gizli mərhələ doğuş sancılarının 5-10 dəqiqədən bir hiss edilməsiylə başlayır. Normalda bağlı olan uşaqlıq borusunun ağzı 3-4 sm açılana qədər davam edən vaxtdır. Bu vaxt təxminən 6-7 saatdır. Aktiv mərhələ isə uşaqlıq borusu ağzının 3-4 sm-dən 10 sm-dək açılmasına qədər davam edən zamandır. Bu mərhələ ilk doğuşlarda 7 saat, sonrakılarda 5 saata qədər davam edir.

İkinci mərhələ: Uşaqlıq borusu ağzı tam olaraq açıldıqdan sonra körpəni dünyaya gətirənədək davam edən zamandır. Bu müddət ilk hamiləlikdə təxminin 1-2 saat, sonrakı doğuşlarda 20 dəqiqə ilə 50 dəqiqə arasında olur. Doğuşun ikinci, yəni güc vermə mərhələsi nə qədər gec başlayarsa, o qədər yaxşıdır, çünki bu mərhələ ana üçün çox yorucudur.

Üçüncü mərhələ: Körpə doğulduqdan sonra göbək ciyəsinin anadan ayrılanadək keçən vaxtdır. Bu vaxt ən azı 5, ən çox 30 dəqiqə davam edə bilər. Göbəyin xaric olmasından sonra fiziki müayinə edilir, çünki doğuşdan sonra qanaxmanın olub-olmaması vacibdir. Əgər vagina cırılmayıbsa və qanama yoxdursa, xəstə uşaqla bərabər otağa aparılır. Əgər vaginada cırılma varsa, bərpa edildikdən sonra göndərilir. Normal doğuş ilk hamiləlikdə 14-15 saat davam edir. İkinci doğuş təxminən 7-8 saat, üçüncü isə 3-5 saat. Lakin daha az zaman tələb edən doğuşlar da var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir