hamilelik bandaj

Hamiləlik problemləri: TƏZYİQ

Baxış sayı: 2. 633

Arterial təzyiq orqanizmin və ilk növbədə ürək-damar sisteminin normal fəaliyyətinin əsas göstəricisidir.

Hamilə qadın öz arterial təzyiqinə daim nəzarət etməlidir. Bəzən arterial təzyiqinin dəyişilməsi heç bir simptomla özünü büruzə vermir, lakin bu zaman döl üçün ciddi təhlükə yaranır.

Hamiləlik zamanı ananın orqanizmi ciddi dəyişikliklərə məruz qalır, bütün orqan və sistemlər yüklənir.

Ürək-damar sistemi xüsusilə yüklənir. Ananın orqanizmində yeni qan dövranı əmələ gəlir – ana – cift – döl. Qadının orqanizmdə dövr edən qanın miqdarı, bədən çəkisi artır. Ciftdə qan dövranı çox sürətlidir – hər dəqiqə buradan 500 ml qan keçir. Hamiləliyin 7-ci ayında ananın orqanizmində 5300-5500 ml qan dövr edir (müqayisə edin – hamiləlikdən əvvəl bu 4000 ml təşkil edirdi). Artmış yükləməyə cavab olaraq ürəyin çəkisi, ürəyin paylarının ölçüləri artır. Bütün bu dəyişikliklər arterial təzyiqinin dəyişilməsinə səbəb olur.

Cavan və orta yaşlı qadınlar üçün normal arterial təzyiqinin göstəriciləri – 130/85 c.st kimidir. Əgər hamilə qadında təzyiq 130/85 – 139/89 c.st. kimi qalxırsa, belə qadın daim həkimin nəzarətində olmalıdır. Əgər hamilə qadının təzyiqi 140/90 c.st və daha artıq qalxırsa, qadına arterial hipertenziya diaqnozu qoyulur və müalicə təyin olunur. Bəzi ağır hallarda qadın müalicə üçün xəstəxanaya yerləşdirilir.

Hamiləlik zamanı arterial hipertenziya daha tez-tez bu hallarda inkişaf edir:

– Əgər hamiləlikdən əvvəl qadının arterial təzyiqi normadan artıq qalxırdısa.

– Əgər qadında hormonal pozulmalar, böyrək xəstəlikləri, böyrəküstü vəziləri, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet varsa.

– Əgər qadının yaxın qohumları arasında hipertoniyadan əziyyət çəkənlər varsa.

– Qadının bədən çəkisi normadan artıqdırsa.

– Qadın hamiləlik zamanı həddən artıq çox işləyir, yorulur, streslərə məruz qalır.

Hamiləliyin əvvəlində qadınlarda arterial təziyiq əksər hallarda enir. Bu qanda proqesteronun artması ilə bağlıdır. Proqesteron əzələlərin və damarların tonusunu azaldır və bu səbəbdən təzyiq bir qədər düşür. Hamiləlikdən əvvəl arterial təzyiqi aşağı olan arıq qadınlarda digər qadınlarla müqayisədə təzyiq daha tez-tez enir. Bu zaman qadın halsızlıq, yuxululuq hiss edir, bəzi qadınlarda bayılmalar olur.

Həkimlər belə qadınlara yaxşı qidalanmaq, kifayət qədər yatmaq və dincəlmək, açıq havada gəzmək, bədən tərbiyəsi ilə məşğul olmaq tövsiyə edirlər. Səhərlər tünd çay və ya qəhvə içmək olar.

Ağır hallarda hipotoniya (aşağı təzyiq) fonunda döldə hipoksiya inkişaf edə bilər, dölsalma və vaxtından tez doğuşun riski arta bilər.

Adətən hamiləliyin 2-ci üçaylığında təzyiq qalxmağa başlayır. Arterial hipertenziya  özünü baş ağrıları, başgicəllənməsi, qulaqlarda küy, üzün və boynun qızarması, ürəkbulanması, qusma kimi simptomlarla büruzə verir. Bəzən isə hipertenziya heç bir simptomla özünü büruzə vermir və profilaktik müayinə zamanı təsadüfən aşkar olunur.  Məhz bu səbəbdən hər bir hamilə qadının evində tonometr olmalıdır və qadın özü hər gün təzyiqini ölçməlidir.

Arterial hipertenziyanın müalicəsi üçün həkim qadına dərman preparatları təyin edir. Bundan qorxmaq lazım deyil. Həkim döl üçün təhlükəsiz preparat seçir. Bu preparatları qadın mütləq qəbul etməlidir və yalnız həkimin icazəsi ilə onların dozalarını dəyişməlidir və ya dərmanın qəbulunu dayandırmalıdır. Arterial təzyiqin normada saxlanılması hamiləlik zamanı çox vacibdir. Əks halda yüksək arterial təzyiq dölsalmaya, dölün inkişafının ləngiməsinə, cift problemlərinə, vaxtından tez doğuşa səbəb ola bilər.

Müalicədən əlavə qadın müəyyən pəhriz saxlamalıdır və fiziki aktivliklə məşğul olmalıdır (gəzintilər, bədən tərbiyəsi). Fiziki aktivlik xüsusilə vacibdir. Duzlu, kəskin, qızardılmış qidalar, qəhvə və tünd çay əks göstərişdir.

9months.ru

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir