ecnebi toy

Hansı ölkədən olan əcnəbi ilə ailə həyatı qurmalı?

Baxış sayı: 1. 303

İtalyan

İtalyanlar görünüşcə azəri oğlanlarını xatırladırlar. Mülayim xasiyyətləri və qonaqpərvərlikləri ilə heç də bizimkilərdən geri qalmırlar. Hörmətçil və mehribandırlar. Simalarındakı ciddi və sərt çizgilər onları daha cazibəli göstərir. İtalyanlar qadın gözəlliyi qarşısında acizdirlər. Bu da onların ehtiraslı olduqlarına işarədir. İtalyan oğlanlar sevdikləri qadına qarşı əsl centlmenlik göstərirlər. Bahalı hədiyyələr, ən prestijli restoranlarda şam yeməyi ilə qadını valeh edirlər. Bu millətin nümayəndəsilə məhəbbət macərasında hər şey əla getsə də, evlənmək məsələsinə gəlincə o, geri çəkiləcək. çünki o, hər qadını ailəsinə təqdim edib, anasına göstərməyi özünə sığışdırmır. Hər şey əksinə də ola bilər. Sevgilin hisslərinə qapılıb, səndən ötrü əldən-ayaqdan gedib, ilk görüşdən evlənməyi təklif etsə də, ikinci görüşdə bu barədə heç söz də açmayacaq. Sevginiz evlənməklə bitsə də, unutma ki, italiyalı oğlan ömür boyu anasından asılı olacaq, çünki o, əsl anauşağıdır.

 

Fransız

Fransızlar ilk baxışdan sevirlər. Əliaçıqdırlar. İlk görüşdə sevdiyini bahalı restorana aparıb, prestili yerlərdə gəzdirməkdən çəkinmirlər. Onlar görüş zamanı yeməkdən yox, söhbətdən böyük zövq alırlar. Fransızlar gülməyi sevdikləri üçün onlara lətifə danışmaqdan utanmayın. O, sizin yumor hissini qiymətləndirəcək. Tarixi mövzularda olan söhbət isə onları qıcıqlandırır. çünki fransızların fikrincə, tarix bilicisi kimi hec kim onlara catmaz. O, qadına sevgi etirafını nəmli gözlərlə edə bilər. Amma hədiyyəyə gəlincə, o, sizin boynunuza süni mirvaridən düzəldilmiş ucuz boyunbağı taxacaq. Əgər hec nəyə baxmayaraq, fransızla evlənməyi qərara almısanızsa, o zaman ürəyin istədiyi bahalı əşyaları unutmalı olacaqsınız. çünki fransızlar simic olurlar.

 

Alman

Almanlar min ölçüb, bir biçəndir. İşlərini dəqiq quran və məsuliyyətlidirlər. Onlar özlərini yüksək mədəniyyət sahibi hesab etdiklərindən simalarından ciddilik heç vaxt əskik olmur. Lakin buna baxmayaraq, alman oğlanlar açıqqəlbli və mehribandırlar. Bu millətin oğlanlarını xasiyyətcə iki qrupa ayırmaq olar: onlardan bəziləri vaxtlarını boş əyləncələrə xərcləməkdənsə, kitab oxuyub, biliklərini artırıb, yeni dil öyrənməyi üstün tuturlar. Digərlərisə saatlarla barda oturub, pivə içib, futbola baxmağı sevirlər. Almanla görüş şox darıxdırıcıdır. çünki onların söhbəti ancaq işə aid, gələcək planlar haqqında olur. Qadın seçimində gözüaçıq olurlar. Əgər almanla olan sevginiz evliliklə bitirsə, demək, siz həmişə evdar qadın kimi ev işləri ilə məşğul olacaqsınız. Almanlar deyirlər ki, ailədə hakimliyi kişi etməlidir. Qadınsa həmişə kişinin qulluğunda hazır olmalıdır. çünki almanlar cox təmizkar olurlar.

 

İngilis

İngiltərəlinin xasiyyəti onun hansı sosial təbəqəyə mənsub olduğundan asılıdır: əgər sevdiyiniz insan sıravi bir işçidirsə, onunla yola getmək sizə çox asan olacaq. O, ürəyiaşıq və sadəlövhdür. Orta təbəqəli ingilis isə özündən razıdır. Heç nəyi bəyənmir, hər şeyi özünə yaraşdırmır. Onunla söhbət zamanı gərək sözlərinizə fikir verəsiniz. O, problemləri dinləməyi xoşlamır. Lakin aristokrat ingilisin xasiyyəti digər təbəqəyə nisbətən daha qəlizdir. Onlar ayaqüstü yeməz, metroya və ya avtobusa minməzlər. Sizi nə qədər sevsə də, o, sizinlə şəhərdə gəzib, istədiyiniz hər çılğınlığı etməz. Sevgiliniz centlmen ailəsindən, nənə və babasının hansı soya mənsub olduğu haqqında bir xeyli danışıb, ondan zövq alacaq. Bu cür söhbətdən sonra siz özünüzü kasıb bir kəndli qızı kimi hiss edəcəksiniz. Siz də özünüz haqqında danışanda mütləq hansı nəslə mənsub olduğunuz haqqında ona məlumat verməlisiniz. Əgər sosial təbəqəsindən asılı olmayaraq, ingilisə ərə getməyə qərar verdinizsə, hər səhər südlü kofe və qayğanaqla onu sevindirməli olacaqsınız. Bu cür səhər qəlyanaltısı etmək ingilislərin köhnə adətidir.

toy

Türk

Başqa millətlərdən fərqli olaraq, türklər çox qısqanc olurlar. Ailələrinə bağlı və xanımına hörmət edəndirlər. Onlar üçün həyat yoldaşının vəzifəsi evin xanımı olub, uşaqlara və ərə layiqincə qulluq etməkdir. Türklər ailəni qoruyub, ona qayğı göstərməkdən böyük zövq alırlar. Onlar kişi və qadının dost münasibətinin tərəfdarı deyillər. Əgər türk yoldaşınla yola getmirsinizsə, bilin ki, ailədə uşaq anadan olandan sonra münasibət dəyişəcək və o, sizin hər istəyinizi həyata keçirəcək. Türklər üçün soylarının davam etməsi vacib məsələlərdən biridir. Başqa millətlərə nisbətən, türklər daha səbirli, işlərindəsə dəqiq olurlar. Türklər təmizkar qadını qiymətləndirirlər. Əgər türkə ərə getmək istəyirsinizsə, onun harada yaşadığına diqqət yetirməlisiniz. Türkiyənin xəritəsini qarşına qoyub, Şimaldan Cənuba qədər düz xətt çəkib, xəritəni iki yerə ayır. Əgər sevdiyiniz insan xəritənin sol hissəsində yaşayırsa, onunla yola getmək olar. Yox, əgər sağ tərəfində yaşayırsa, sizə bu insanla çox cətin olacaq.

 

Ərəb

Əsl İslam qaydalarına riayət edib, ailəsini də bu tərzdə tərbiyələndirir. Qadına hörmət qoyub, ona qayğı göstərir. Ərəblər deyirlər ki, qadın kişiyə Allahın əmanətidir. Onlar qadının kişi üzərində əməyinin çox olduğunu vurğulayırlar. Qadının haqqını yeməz, onun pulundan istifadə etməyi haram sayarlar. Ərəblər deyirlər ki, qadının pulu ruzusuz olur. Ona görə də onun puluna əl uzatmazlar. Ailədə hakimliyi kişi ələ alır. Ona görə də qadını işləməyə qoymaz, başqa kişilərlə ünsiyyətdən çəkindirərlər. Lakin ərəblərdə çoxarvadlılıq var ki, bu qanunu da hər qadın qəbul etməz.

 

Çinli

Xasiyyətcə özlərinə qapalı olurlar. Lakin onlarla yaxından tanış olduqdan sonra görəcəksiniz ki, çinlilər çox səmimi və sözü üzə deyəndirlər. Hər insana etibar etmirlər. çinlilər başqa millətlərlə ünsiyyətdə olmağı xoşlayırlar. çinliyə ərə getməyi qərara almısınsa, demək, ailənin ağsaqqalına layiqincə qulluq etməlisiniz ki, ərinizin hörmətini qazanasınız. Çinlilər qohumluq münasibətlərində də həssasdırlar. çinlinin arvadı olmaq asan deyil. Hətta onun qohum-əqrəba münasibətlərində də diqqətli olmalısınız.

 

Ancaq ən məsləhətlisi elə öz millətimizin nümayəndələridir, hər quş öz sinfindən olan quşla uçur, qartal qartalla, göyərçin göyərçinlə… İnsan övladı da öz xalqına üstünlük verərsə daha xoşbəxt olar…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir