12321586_10206721540091299_4589310353054182537_n

Hüseyn Cavidin əlyazısı, iş masası və son məktubu – FOTOLAR

Baxış sayı: 1. 952

 Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid uzun illər  – 1920-1937-ci illərdə hazırda AMEA-nın Əlyazmalar İnstitunun yerləşdiyi binada yaşayıb.

Hüseyn Cavidin ev muzeyində şairin bir çox şəxsi əşyaları, eləcə də iş masası və əlyazıları saxlanılır.

Hansı ki, bu əlyazmalar evində axtarış aparılarkən stolun siyirməsində diqqətdən yayınaraq qalıb.  

…1939-cu il iyunun 9-da keçirilmiş müşavirədə Hüseyn Cavid, heç bir dəlil-sübut olmadan antisovet təşkilatda iştirak etdiyinə, həmçinin Türkiyənin “şipyon”u, müsavatçı-pantürkist ittihamları ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilir.

Bundan sonra onun islah əmək düşərgəsinə göndərilməsi qərara alınır. Müşavirənin başqa bir qərarı ilə Hüseyn Cavid, 1939-cu il iyulun 4-də Vladivostoka sürgün edilir. İstiqamət Kolıma qeyd olunur. Ərtoğrulun yazdığına görə Cavidin sürgünə gedərkən keçdiyi şəhərlər bunlardır. Bakı – Krasnovodsk –Aşkabad – Səmərqənd – Daşkənd –Almatı – Novosibirsk – Krasnoyarsk –Habarovsk – Vladivostok – dəniz yolu – Maqandan – İrkutsk.

Cavid Əfəndi həbs olunandan sonra ailəsinə məktublar yazmışdır. Son məktubunda sanki ailəsini bir daha görə bilməyəcəyini hiss edirdi… Məktubunda yazırdı: “Əziz Mişkinaz! Köhnə yerimdə yaşayıram, sağlamam. Hər ay siz göndərən pulları alıram, yazdığım kimi hər ay teleqrafla 50-60 manat göndərin. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban qızımı Turancığımı öpürəm. Yenə də öpürəm. H.Cavid 27 may 1941″.

Həmin vaxtdan sonra Caviddən məktub gəlməyib. Ancaq həmin ilin 5 dekabr tarixində vəfat edən şairin ölüm xəbəri də ailəsinə çatmayıb. (Sənədlərdə deyilir: “Hüseyn Cavid sepsisdən – iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də gecə saat 22:30-da Sibirdə dünyasını dəyişdi”).

Yalnız 1948-ci il mayın 4-də ölüm şəhadətnaməsi ailəsinə verilib.

Fotoda gördüyünüz əlyazma Cavidin “Azər” poemasındandır. Masa isə onun daim işlədiyi iş masasıdır. Evin içərisində H.Cavidin həyat yoldaşı Mişkinaz xanımın sandığı, paltar tikən maşını da var.

ev

10982493_10206721539931295_4012395150459883901_n 12321586_10206721540091299_4589310353054182537_n8CC06311-55D5-4929-90F9-0F238189E71E_cx0_cy7_cw0_mw1024_s_n_r1

(Fotoları böyütmək üçün tıklayın)

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir