komputer

İdeal qamət: Nə üçün vacibdir və nə etməliyik?

Baxış sayı: 452

Əhalinin çox hissəsi son dövrlər sümük-əzələ ağrılarından əziyyət çəkir. Bu, düzgün yeriməməyimiz, əyri dayanmağımız və oturmağımızdan irəli gəlir və skeletimizin mərkəzi hissəsində – onurğada problemlərə səbəb olur.

Rusiyalı mütəxəssis Aleksander Myasnikov qeyd edir ki, bir çox insanlar ayaq üstə duranda və ya yeriyərkən kürəklərini düz saxlaya bilirlər, lakin oturarkən  çox insan qamət haqqında tamamilə unudur: biz ayaqüstə və uzanaraq istirahət edirik, işləyirik – boyun irəli, bir çiyin digərindən yüksək, onurğa əyri. Onun ətrafındakı əzələlər yanlış vəziyyətdə spazm olur və sərtləşir və sonra onları düzəltmək çətindir.

Arxalıqlı oturacaqlar – stullar və kreslolar xüsusilə bizi “ziyana salır”. Arxa dəstək tapdıqda, əzələlər rahatlaşır və işləməyi dayandırır və zamanla atrofiya yaranır.

Aleksandr Leonidoviç indiki sürücülərin maşınlarda oturma tərzinə də təəccüblənir: stulu geri itələyir və arxaya söykənirlər ki, ayaqları pedallara, barmaqları isə sükan çarxına çatsın. Bu, yalnız duruşa zərər vermir, həm də qəza riski ilə “doludur”: belə bir vəziyyətdə fövqəladə nəqliyyat vəziyyətinə sürətli reaksiya haqqında danışmaq boşdur. Bundan əlavə, bir avtomobil və ya motosiklet bir çuxurda titrəyərsə, əyri onurğa belə bir halda sıxılaraq sına da bilər. Sükan arxasında düz oturmaq lazımdır ki, uzanmış əl ovucun əsas hissəsi ilə birlikdə sükan çarxına tam toxunsun.

Başqa bir ümumi səhv, düz ayaqlar və əyilmiş kürək ilə ağır  çəki qaldırmaqdır. Bu mövqedən əyilməyə çalışdığınız zaman, bel bölgəsində spazm və ağrıya zəmin yaranır. Bunun əksini etməlisiniz: dizlərinizi bükün və kürəyinizi düz tutun. Bundan əlavə, yüklər, mümkünsə, bir kürək çantasında aparılmalıdır və bu olmadıqda, onlar bərabər şəkildə iki çantaya bölünməli və iki əllə aparılmalıdır: o zaman onurğa üzərində yük ən azı simmetrik olacaqdır.

Sümük-əzələ ağrısının ümumi baş ağrısını da ehtiva etdiyini bilirdinizmi? Boyunun yanlış mövqeyi sinir köklərinin sıxılmasına gətirib çıxarır və kənardan kəlləni örtən əzələlərin gərginliyi onun daxilində ağrı kimi hiss olunur. Çanaq bölgəsində 20-dən çox əzələmiz var və hər birində vətər və bağlar vardır. Qarının alt hissəsi qadınlarda çox vaxt iltihabdan deyil, onurğa ilə bağlı problemlərdən ağrıyır. Kardioloqlara ürək ağrısı şikayətləri ilə müraciət edən xəstələrin çoxunda da problem qabırğaarası nevralgiyadır. Onurğanın əyriliyi ilə omba oynaqlarına yükün paylanması dəyişir – buna görə də artroz yaranır.

Doktor Myasnikov qeyd edib ki, tibbi aspektlə yanaşı, məsələnin estetik aspektləri də var. “İnsana baxmaq xoş olmalıdır, ilk növbədə duruş, qamət diqqəti cəlb edir”,-deyə o bildirib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir