lobya sorbasi

İftar süfrəsi -26-cı gün

Baxış sayı: 1. 763

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün quru lobya şorbasının və su börəyinin hazırlanma qaydasını təqdim edirik.

Quru lobya şorbası

Ərzaqlar

Quru lobya – 2 stəkan

Baş soğan – 2 ədəd

Kərə yağı – 2 x.q.

Pomidor tomatı – 1 x.q.

Bibər tomatı – 1 x.q.

Qaynadılmış su – 5 stəkan

Zövqə görə istəsəniz servis edərkən üzərinə keşniş doğraya bilərsiniz.

Hazırlanması

Quru lobyanı axşamdan təmizləyib, yaxşıca yuyub isti suda islağa qoyuruq. Səhər isə suda tam bişənə qədər bişiririk. Soğanı xırda doğrayıb, yağda üzərinə duz, istiot əlavə edib qızarana qədər qovururuq. Sonra tomatları əlavə edib 2-3 dəqiqə dadı çıxana qədər qarışdırıb suyu əlavə edirik. Su qaynayanda lobyanı əlavə edirik. Zövqə görə duz da qoyuruq. Bişdikdə isə üzərinə istiot əlavə edirik.

su boreyi

Su börəyi Türkiyə mətbəxinin ən sevilən, ancaq hazırlanması çətin olan yeməklərindən biridir.

Lazım olan ərzaqlar:

1 kilo un
150 qram kərə yağı
1 su stəkanı duru yağ
5 yumurta
Yarım kilo ağ pendir
Yarım dəstə cəfəri
Duz
Su

 

Hazırlanması:

Bir qaba tökdüyünüz unun ortasını hovuz kimi açın. Yumurtanı ortasına qırın, duzunu tökün, az-az su əlavə edərək yoğurmaya başlayın. Xəmir qatı olmalıdır. 10 dəqiqə ara verib təkrar yoğurun. Bir 10 dəqiqə daha yoğurduqdan sonra xəmiri 12 bərabər kündəyə ayırın.

Bu sırada içini hazırlayın. Pendiri rəndələyib nazik doğradınız cəfəri ilə qarışdırın.

Qazana su doldurub bir desert qaşığı duz tökərək qaynadın. Başqa bir qaba da soyuq su tökün. Bir tavada kərə yağını əridib duru yağla qarışdırın.

Kündələri bir-bir tava böyüklüyündə yayıb açın. İlk lavaşı tavaya sərin.

Açdığınız lavaşları bir-bir əvvəl isti suda bir dəqiqə qaynadın, sonra soyuq suya atın. Dərhal da bir süzgəclə çıxarıb tavaya sərin. Yağladıqdan sonra ikinci lavaşa keçin. Orta qata çatanda pendiri səpin. Son lavaşı qaynatmadan sərin, üzərini qalan yağla yağlayın.

Tavanı ocağa qoyub vam odda çevirərək bişirin. Altının bişdiyinə əmin olun. Üzərinə başqa bir tava keçirib alt-üst etdikdən sonra digər tərəfini də vav odda bişirin.

Nuş olsun!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir