yemek

İftar süfrəsi – 7-ci gün

Baxış sayı: 1. 469

Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün sizə iftar üçün kərəkoş şorbası, şabalıdlı şnitsel və nanə şərbəti təqdim edirik.

Kərəkoş şorbası

İçindəkilər

Qatıq – 1 lt.

Su – 1lt.

Xama – 150 qr.

Un – 100 qr.

Yumurta – 1 ədəd

Nanə qurusu – 4 x.q.

Duz

Hazırlanması

Qatığa su qatılıb qarışdırılır. Xama, yumurta və un başqa qabda çalınaraq qatığın üzərinə əlavə edilir. Kərəkoş arası kəsilmədən qarışdırılaraq bişirilir. Bişənə yaxın nanə qurusu və duz əlavə olunub odun üzərindən götürülür.

Şabalıdlı şnitsel

İçindəkilər

Toyuq filesi – 600 qr.

Suxarı – 100 qr.

Yumurta – 2 ədəd

Bitki yağı

Duz, istiot

İçlik üçün

Bolqar bibəri – 2 ədəd

Şabalıd – 150 qr.

Tərxun – yarım dəstə

Reyhan – yarım dəstə

Keşniş – yarım dəstə

Duz, istiot

Hazırlanması

File mətbəx çəkici ilə döyülür, duz, istiot vurulur. İçliyin hazırlanması: Şabalıdın qabığı çərtilir, suda bişirilib təmizlənir. Şabalıd, doğranmış göyərti və bibər blenderdən keçirilir, duz, istiot vurulur, qarışdırılır. Filenin üzərinə içlik qoyulur və digər file parçası ilə örtülür. Yumurta çırpılır. Şnitsel əvvəlcə yumurtaya, sonra isə suxarıya batırılır və bitki yağında qızardılır.

Nanə şərbəti

İçindəkilər

Şəkər tozu – 30 qr.

Nanə toxumu – 0.4 qr və ya təzə nanə – 15 qr.

Su – 150 ml

Hazırlanması

Su və şəkər tozu qarışdırılıb qaynadılır. Nanə toxumu və ya təzə nanə 3-4 saat qaynadılmış suda saxlanılır.Üzərinə qaynadılmış şəkər tozu əlavə olunub süzülür və soyudulur.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir