qadin

İlhamlandırıcı yaz obrazları: Zefir rənglərini qarderobunuza gətirin

Baxış sayı: 1. 130

Aprelin sonları öz qarderobuna pastel rəngləri əlavə etmək üçün ideal vaxtdır. Bu məqsədlə modapərəstləri zefir (meyvə püresi və yumurtadan hazırlanan şirniyyat) rənglərini geyimdə düzgün kombin etməyi öyrədən bir neçə nümunə ilə tanış edorik. Hətta bahar əhval-ruhiyyəsi sizi bihuş etsə də, əmin edirik ki, yaşılın, mavinin, bənövşəyinin və çəhraynın açıq çalarları havadan asılı olmayaraq öz sehrli gücünü göstərəcək və müsbət enerji dalğalarını aktiv hala gətirəcək.

Əmin olmaq üçün Milan və Paris Moda Həftəsinin qonaqlarının stillərinə nəzər salın. Açıq qəhvəyi, nanə yaşılı və açıq bənövşəyini bir komplektdə birləşdirmək olar. Bütün bu rənglər bir-biri ilə ideal uyğunlaşır, səhv etmək də çox çətindir.

Modapərəstləri ilhamlandırmaq üçün yaz obrazlarını təqdim edirik. Nümunələrə baxıb qəlbinizi bahar əhval-ruhiyyəsi ilə doldurun, sonra isə alış-verişə yollanın.

Meyvə şəkəri

Təravətləndirici nanə

Pudra tonları

Çiyələkli konfet

Bənövşə və şaftalı

 

“Publika.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir