Gunay H

İnfluenza (qrip) nədir? - HƏKİM YAZIR

Baxış sayı: 758

İnfluenza virusu əsasən payız və qış aylarında aktivləşən və mövsümi epidemiyalar törədə bilən, tənəffüs yollarını zədələyən yüksək yoluxucu respirator virusdur. Bütün yaş qruplarında eləcə də uşaqlarda sıx rast gəlinən,bəzən stasionar və reanimasiya yatışlarına nadirən ölüm hallarına səbəb olan virusdu.

 

İnfluenzanın əlamətləri hansılardır?

Qrip infeksiyası qəfil başlayan hərarət, quru öskürək, baş ağrısı, əzələ və oynaq ağrıları, yorğunluq, boğaz ağrısı, burun axması kimi simptomlarla özünü göstərir.

 

Qriplə yoluxma bəs necə baş verir?

Qrip infeksiyası insandan insana əsasən hava damcı yolu ilə ötürülür, lakin səthlərin ötürülmədəki rolu çox vaxt nəzərdən qaçırılır. Yoluxma, bir şəxsə məsələn, masalar, qapı tutacaqları və ya oyuncaqlar kimi çox miqdarda virus olan səthlərə toxunduqda və sonra əli ilə gözə və ya ağız mukozasına toxunduqda da baş verə bilər. Bu cür hallar uşaqları yoluxdurmaq üçün xüsusilə vacibdir.

 

Qrip şəxslə kontaktdan neçə gün sonra yoluxma baş verə bilər?

Qrip infeksiyasında ilk simptomlar adətən virusa məruz qaldıqdan 1-4 gün sonra görünür,nadir hallarda yeddi günə qədər uzanır.Virusun yayılması xəstəliyin başlanğıcından 24-48 saat sonra pik həddə çatır, sonra tədricən azalır.

 

İnfluenzanın analizi varmı?

Bəli, klinik şübhə hallarında, xəstəliyin ilk 48 saatında burundan  yaxma götürülməklə  sürətli qrip testi tövsiyə olunur. Müsbət nəticələr diaqnozu təsdiqləyir, mənfi nəticələr isə xəstəliyi qəti şəkildə istisna etmir. Bundan əlavə digər qan müayinələrinə də baxılmalıdır.

xestelik

Bəs əlamətləri hansılardır?

Qrip infeksiyası qəfil başlayan hərarət, quru öskürək, baş ağrısı, əzələ və oynaq ağrıları, yorğunluq, boğaz ağrısı, burun axması kimi simptomlarla özünü göstərir. Bəzi xəstələrdə ishal və qusma baş verə bilər. Bəzi uşaqlarda bu, yuxarı tənəffüs yollarının infeksiyası və ya nəzərəçarpacaq tənəffüs simptomları olmadan qızdırmalı xəstəlik kimi özünü göstərə bilər. 5yaşdan aşağı bütün xüsusən də  2yaşdan aşağı körpə uşaqlarda larigotraxeit(inaq), bronxiolit, pnevmoniya və sepsis kimi ağırlaşmalar daha çox müşahidə olunur.

İnfeksiyaya yoluxmuş uşaqlarda qızdırma zamanı qıcolma, ensefalopatiya, şüurun dəyişməsi, Reye sindromu və miokardit baş verə bilər.Eyni zamanda yanaşı olaraq ikincili bakteriyalar infeksiyalar qoşula bilər.

Xəstəlik bronxopulmoner displaziya, astma, kistik fibroz, şəkərli diabet, qan xəstəlikləri, bədxassəli şişlər, xroniki böyrək xəstəliyi və anadangəlmə ürək xəstəliyi kimi xəstəlikləri olan uşaqlarda daha ağır keçir.

 

İnfluenza virusunun yayılmasına səbəb olan əsas amillər aşağıdakılardır:

* Soyuq havalarda qapalı məkanlarda çox vaxt keçirmək

* Yoluxmuş şəxslə yaxın təmas

* Zəif immun sistemi

* Yoluxmuş səthlərdən sonra üzə toxunmaq

* Qrip peyvəndi vurdurmamaq

* Virusun hər il mövsümi dəyişməsi

xestelik

Qrip olan uşaqlarda təcili tibbi yardım tələb edən vəziyyətlərə aşağıdakılar daxildir:

Tez-tez nəfəs alma və ya nəfəs almaqda çətinlik yaranıbsa

Qızdırma fonunda qıcolma olarsa

Dərinin göyərməsi

Maye qəbul etməkdən imtina

Yuxululuq və ya ünsiyyət qura bilməmək

Uşaq çox narahatdır, ağlayır və qucağa götürülməsini belə istəmir.

Qripəbənzər əlamətləri düzəlsə də yenidən qızdırma, şiddətli öskürək yaranıbsa

Səpgi ilə müşayiət olunan qızdırma varsa

 

Böyüklərdə  qrip vaxtı təcili tibbi yardım lazım olan hallar

aşağıdakılardan biri və bir neçəsi ola bilər

Sürətli nəfəs alma və ya nəfəs almaqda çətinlik

Döş qəfəsində və ya qarında ağrı və ya təzyiq hissi

Qəfil başgicəllənmə

Huşun dəyişilməsi

Şiddətli və davamlı qusma

Yanaşı olan xəstəliklərin ağırlaşması yaranarsa

xestelik

Müalicəsində  istirahət, çoxlu maye ,qızdırmasalıcı dərmanlar ,həmçinin həkim tərəfindən məqsədəuyğun hesab edilərsə,influenza testi pozitiv çıxdıqda ilk 48saatda  antiviral terapiyanın başlanması daha effektivdi.Xüsusilə yaşlılar, xroniki xəstəlikləri olanlar, körpə uşaqlar və hamilə qadınlar kimi yüksək risk qruplarının müalicəsinə daha ciddi nəzarət olunmalıdı.

Qripdən qorunmağın ən təsirli yolu hər il peyvənd olunmaqdır. İllik peyvənd zəruridir, çünki peyvəndin verdiyi immunitet növbəti il azalır. Qrip peyvəndləri hər il yenidən hazırlanır və növbəti qrip mövsümündə dövriyyədə olacağı proqnozlaşdırılan üç virus növünü əhatə edir.  Bu xəstəlik xüsusilə yüksək risk qruplarında ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün illik qrip peyvəndi ən təsirli qorunma üsulu hesab olunur.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 1 milyard insan qripə yoluxur və bu halların 3-5 milyonu ağır kimi təsnif edilir. Bundan əlavə, qrip tək başına tənəffüs yolu xəstəliklərindən hər il 290.000 ilə 650.000 arasında ölümə səbəb olur ki, bu da onun qlobal sağlamlığa əhəmiyyətli təsirini göstərir.

 

Günay Hüseynzadə

Həkim-mütəxəssis pediatr




8 şərh “İnfluenza (qrip) nədir? – HƏKİM YAZIR

  1. Nuridə Sultanova

    Xüsusən uşaqlar üçün təhlükəli olduğunu bilirdim, amma bu qədər ağırlaşmalar ola biləcəyini bilmirdim. Çox sağ olun bu məlumatları verdiyiniz üçün.

    Cavabla
  2. Hafiz Baxışov

    Gözəl məqalədi. Məncə, həkimlər bu barədə daha çox danışmalıdı, çünki qrip hər il çox yayılır.

    Cavabla
  3. Aysel Məmmədova

    Mənim üçün maraqlı oldu, çünki qışda uşağımın qızdırması olursa, nələrə diqqət etməliyəm bilmirdim. Bu məqalə məni məlumatlandırdı.

    Cavabla
  4. Afət Kərimli

    Mence maariflendirici yazilarin cox olmasi lazimdir. Yaxsi hekimlere ve yaxsi meqalelere yer ayirmaq vacibdi

    Cavabla
  5. Səriyyə

    Qripin necə yayıldığını bilirdim, amma məqalədə səthlərin də rol oynadığı qeyd edilib, bu çox vacibdi. Həm də peyvənd haqqında məlumat verdiyiniz üçün təşəkkür edirəm.

    Cavabla

Pərvin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir