beyin

İnsan bədəninin möcüzələri -MARAQLI

Baxış sayı: 1. 333
Bədənimizdəki damarların ümumi uzunluğu 96 min kilometrdir. Bu uzunluqla dünyanı 3 dəfə dolaşmaq olar.İnsan gözü o qədər həssasdır ki, əgər dünya düz olsaydı, 60 km uzaqdakı şam işığını görə bilərdi.

İnsan beyni dəqiqədə 1000 kəlmə oxuya bilər.

İnsan saçı 12 ton çəkisi olan yük qaldıra bilər.

İnsan bədənindən 30 dəqiqədə çıxan enerji ilə 4 litr su qaynatmaq olar.

İnsan bədənində şimpanzedə olan qədər tük var. Lakin onların çoxu görünmür.

İnsan sümüyü qranit kimi möhkəmdir. Sümüklər 9 ton yük qaldıra bilər.

İnsan beyni kompüter olsaydı, saniyədə 38 katrilyon iş görə bilərdi. Dünyanın ən güclü kompüteri olan “BlueGene” bu rəqəmin 2/1000 görə bilir.

Körpələrin əksəriyyəti mavi gözlü doğulur. Lakin ultrabənövşəyi işıqların təsirindən rəng dəyişir.

Bir dırnağın tam böyüməsi üçün 6 ay lazımdır.

Böyrəklərimizdə 2 milyona yaxın filtr var ki, onlar hər dəqiqə 1,3 litr qan təmizləyir.

Hər bir insanın özünə xas qoxusu var. Bu qoxu ancaq əkizlərdə eyni ola bilər.

Çox yuxu görmək yüksək İQ səviyyəsindən xəbər verir.

Səhər yuxudan duranda 1 sm daha uzun oluruq. Bunun səbəbi gün boyu yığılan onurğa qığırdaqlarımızın gecə açılmasıdır.

Bədənimiz hər saniyə 25 milyon yeni hüceyrə istehsal edir.

İnsan beyni bütün bədənin oksigeninin 20 faizini təkbaşına istifadə edir.

Bəzi qadınlar çox insanla müqayisədə dünyanı daha rəngli görürlər. İnsanların əksəriyyətində 3 tip rəng qəbuledici olsa da, az qism qadınlarda bu say 4-5 arasında olur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir