telefon

İnsanlarda psixi halət niyə pozulur və nə etməli? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 892

Ötənlərdə Xaçmaz rayonunun Nərəcan kəndində intihar hadisəsi baş verib. Hadisə şahidlərin sözlərinə görə, kənd sakini 25 yaşlı Səfərov Mahir Nəbi oğlu ailəsi sevdiyi qıza elçi getmədiyinə görə, canına qəsd edib. Ailə üzvləri mərhumun cansız bədənini ipdən aslı şəkildə aşkar edib. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Maraqlıdır, nə üçün insanlar, xüsusən də gənclər üzləşdikləri ilk çətinlikdə çıxış yolunu intiharda görürlər ? İnsanları intihara sürükləyən nədir?

Suallarımızı cavablandıran psixoloq Aytən Ələkbərova bildirir ki, hər birimiz insanlara şəxsiyyət kimi yanaşmalıyıq:

“Çünki şəxsiyyətin psixoloji məsələlərinin ictimai münasibətlərlə əlaqəsi dialektiz xarakter daşıyır. Ona görə də cəmiyyətdə hər bir insana şəxsiyyət kimi baxılmalıdır. Hər bir fərd ictimai münasibətlərdə , fəaliyyət və ünsiyyət prosesində müxtəlif sosial qruplarda özünü büruzə verə bilir. Bu zaman da rahatlıqla təsir altına düşməyi bacaran insan nəin ki ətrafdakıların hətta özü- özünü təsir altına salmağa başlayır.

“Bunu mənə etmirlər, mən bu həyatda olmayacam” kimi fikirlər söyləyərək, cəmiyyətə təsir etmək istəyirlər. Eyni zamanda da bu addımları ilə digər problemli insanlara ölüm yolu açırlar. Yəni psixi problemləri olan insanlar ailələrinə “Mənim üçün bunu etmirsiz, mən də digərləri kimi özümü öldürəcəm” kimi ifadələr işlədir. Həmçinin belə məsələlərdə valideynlər övladlarının  bir fərd olduğunu unutmamalıdır”.

A.Ələkbərova söyləyir ki, bəzən insanlar bir-birinə  psixi təsirlər göstərir:

“Bir şəxs digərinə “Sən nə gündəsən, mən sənlə söhbət edim” formasında münasibət göstərir. Insanların bir-birinə bu cür münasibəti düzgün yanaşma deyil. Çünki digərindən təsir alan şəxs həm özünə, həm də qarşısındakına qəsd edə bilər. İnsanların bir-birinə bu cür təsiri psixoloji zorakılıq adlanır. Hətta bir insanın hər hansı şəxsə psixoloji zorakılığı aşkarlanarsa, məsələ qanun qarşısında həbs cəzası ilə həll tapır”.

Psixoloq onu da qeyd edir ki, Xaçmaz rayonunda baş verən bu hadisədə intihar edən şəxsin psixi haləti pozulub:

“Tələb etdiyi yerinə yetmədikdə isə aqressiyası artıb və çıxış yolunu intiharda tapıb. Insanlara bu cür vəziyyətdə dəstək lazım olur. Yaxınları, qohumları, ailəsi həmin gəncin yanında olsaydı, bəlkə də, o hazırda yaşayırdı. Insanların psixi haləti pozulanda ona dəstək lazımdır. Bu oğlan da sevmişdi, kaş onun yanında olardılar ? Bəzən övladlar tələbləri yerinə yetmədikdə intihar etməklə ailələrinə dərs verməyə çalışır. Bəzi insanlar xarici və daxili qıcıqlara qarşı sadə cavab verməklə kifayətlənmirlər.

Canına qəsd edərək intiqam aldığını zənn edirlər. Fikrimcə, hadisənin bu həddə çatdırmamaq üçün insanlar psixi vəziyyəti yaxşı olmayan birinin istəklərinə yaxın hərəkət etməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir