Aygun Agabalayeva 1

İnsanları cinayətə sürükləyən yollar - PSİXOLOQ YAZIR

Baxış sayı: 645

Heç kim cinayətkar doğulmur. Dünyaya gələn uşağın gələcəkdə kim olması üçün məsuliyyəti ilk öncə ailəsi və cəmiyyət daşıyır. Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var. Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır.

 

Qeyri – qanuni hərəkətlərə hansı amillər səbəb olur?

* həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək,

* ailədə ata rolunun olmaması,

* uşağa qarşı həddən artıq yumşaq davranış,

* valideynlərin lazımı situasiyalarda qeyri-ciddi yanaşması,

* ailədə münaqişələr və s…

cinayet

Təbii ki qanunazidd davranışın yaranmasında sosial şərait də rol oynayır. Bura ilk növbədə müxtəlif sosial problemlər daxildir. Misal üçün sosial çevrilişlər, həyat səviyyəsinin aşağı olması. Şəxsi cinayət törətməyə təkan verən yeganə səbəb olmur. Amma onu da qeyd etmək istərdim ki, hər sosial problemləri olan da cinayət törətmir. Müxtəlif növ cinayətlərin törədilməsinin psixoloji səbəblərindən biri – insanın cəmiyyətdən təcrid olunmasıdır. Şübhəsiz ki ,öncə qeyd etdiyim kimi bunun başlanğıcı ailədən irəli gəlir. Bəzən görürsən ki, tam təminatlı ailədə uşaq özünü tək, lazımsız hiss edir. Sonra gəlir bağça, məktəb. Görürsən ki, burda da ətraf ilə münasibət formalaşmır, nə dostu olur, hətta neytral ünsiyyət də alınmır.Və gələcəkdə uşaqda “sosiopatiya” formalaşır, bu da zaman keçdikcə qapaılılıqdan açıq aqressiyaya gətirib çıxarır. Özünəgüvənsizlik, qorxular uşaq yaşlarından formalaşır.Valideynlər tərəfindən diqqətsizlik, çox ciddi cəza və ya yaşıdları tərəfindən aqressiya və s – bu fonda natamamlıq kompleksi və qorxu inkişaf edir. Gələcəkdə isə özünü təsdiq etmək üçün qanunazidd hərəkətlərə doğru addımlayırlar. Aydın məsələdir ki, 6 yaşından tez antisosial davranış haqqında danışmaq mənasızdır. O yaşa qədər uşaq, sosial normalara uyğun davranışa nəzarət etmir. İlk dəfə uşaq məktəbdə həqiqətən sosial tələblər ilə qarşı -qarşıya durur, artıq davranış qaydalarına ciddi riayət edilir. İbtidai siniflərdən başlayaraq antisosial davranış bu formalarda özünü biruzə verir:

* nizamsız davranış,

* məktəb qaydaların və intizamın pozulması,

* dərslərdə davamiyyətin pozulması,

* evdən qaçmalar,

* yalanlar,

* oğurluq.

12-17 yaşlarda qanunazidd hərəkətlər artıq ixtiyarı olur: oğurluq, xuliqanlıq. Cinayətkarın adətən cinayəti törətmək üçün müəyyən motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam, kin aiddir. Elə şəxslər var ki, özünü ətrafdakılarla dostlarla, qohumlarla müqayisə edir. Və bu anda tamah hissi üstün gəlir. Belə situasiyalarda cinayətkar etdiyi hərəkəti ədalətin yerin tapması kimi qəbul edir və heç bir təəssüf hissi duymur. Ən çətin cinayətin səbəblərindən biri də psixi pozuntulardır. Çünki çətin sübut olunur, ətrafdakılar tərəfindən şübhə ilə yanaşılır.

cinayet

 

Qeyri – qanuni hərəkətlərə səbəb olan anomaliyalar hansılardır:

* psixopatiya,

* alkoqolizm,

* nevrotik pozuntu,

* kəllə-beyin travmaları,

* intellektual çatışmazlıq.

Bu mövzuda hələ çox danışmaq olar. Cinayətin törədilməsi üçün müxtəlif səbəblər ola bilər. Hər bir halda kökündə cinayətin təməlində özünəgüvənsizlik durur. Təəssüf ki, insanlar özünü təsdiq üçün çox vaxt yanlış yol seçirlər. Unutmayaq ki, heç bir cinayət cəzasız qalmır!

 

Aygün Ağabalayeva

Harmoniya Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu




6 şərh “İnsanları cinayətə sürükləyən yollar – PSİXOLOQ YAZIR

  1. Səidə Müslümova

    Heqiqeten, uşaqda davranis formasi evden baslayir, bu yazida cok gozel izah olunub.

    Cavabla
  2. Esmira Zeynalova

    Aygün xanım, meqalenizde aile ve sosial faktorlarin uşaqda antisosial davranis yaratmada rolu vurqulandi. Sizce, ailede diqqetsizlik ile sosyal muhitde problem bir-birini güclendirirmi, yoxsa her biri ayriliqda da eyni derecede tesir edir?

    Cavabla
    1. Aygün Ağabalayeva

      Bəli, ailədə diqqətsizlik və sosial mühitdə problemlər çox vaxt bir-birini gücləndirir. Amma bu o demək deyil ki, hər biri ayrı-ayrılıqda zəif təsir göstərir
      Əksinə, hər biri ayrı ayrı olduqda da antisosial davranışın formalaşmasına səbəb ola bilər. Sadəcə birlikdə olduqda təsir daha sürətli və dərin olur.

      Cavabla

Səidə Müslümova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir