intihar

İNTİHAR üzərindən tarixə baxış…

Baxış sayı: 2. 023

Macarıstanın paytaxtı Budapeşt XX əsrin 30-cu illərində intihar epidemiyasıyla qarşı-qarşıya qalmışdı. Şəhərdə intiharların sayı dəhşətli dərəcədə artmışdı. Bəziləri intiharlara səbəb kimi həmin dövrdə məşhur olan “Gloomy Sunday” – “Kədərli bazar günü” mahnısını göstərirdi. İşin daha qəribə tərəfi isə intiharların qarşısını almaq üçün şəhərdə “Təbəssüm klubu”nun yaradılması idi.

1937-ci ildə “The Sunday Times Perth” qəzeti Budapeştdə baş verən intihar hadisələrinə dair bunları yazmışdı: “Dünyada turizm mərkəzi kimi tanınan Budapeşt, bir neçə ildir “İntiharlar şəhəri” kimi tanınır. İntiharların artmasına “Kədərli bazar günü” adlı mahnının səbəb olduğu təxmin edilir. İntihar edənlərin əksəriyyəti boğulma üsulunu seçirlər. Buna görə Dunay çayı boyu intihar cəhdlərinin qarşısını almaq üçün keşikçilər gəzir”.



Gülümsəməyi öyrədən klub

İntiharlara qarşı çıxış yolu olaraq “Təbəssüm klubu” adlı qurumların yaradılması, əslində, vəziyyətin kritik həddə çatdığını göstərir. “The Sunday Times Perth” qəzeti Budapeştdə “daha yaxşı gülümsəməyi öyrədən” klub qurulduğunu yazırdı. Klubun üzvləri professor Jeno və hipnoz üzərində işlər görən Binço insanlara müxtəlif və qəribə üsullarla gülümsəməyi öyrədirdi. Gülümsəməyin müxtəlif növləri var idi: Ruzvelt gülümsəməsi, Mona Liza gülümsəməsi, Klark Qeybl, Dik Pauel, Loretta Yanq gülümsəməsi və s. Klub sima olaraq əsasən, məşhur şəxslər seçirdi. Qəzet yazırdı ki, klubun məqsədi, Budapeşti “təbəssümlər şəhəri” kimi tanıtmaqdır.

“Təbəssüm Klubu”nun qəribə üsulları var idi. Klub üzvləri maska taxıb küçə-küçə gəzir, insanları gülümsəməyə dəvət edirdi. Şəkillər vasitəsilə insanlara necə güləcəklərini göstərirdilər. Bu, insanların intihar dalğası qarşısında necə acizolduqlarının əyani sübutu idi.



 Mahnı qadağan edilmişdi

“Macar intihar mahnısı” kimi də tanınan “Kədərli bazar günü” mahnısı  1933-cü ildə macar bəstəkar Reje Şereş tərəfindən bəstələnib. Sözləri macar şair Laslo Yavora məxsus idi. Şereş mahnını keçmiş sevgilisinə ithaf etmişdi. Ancaq Birinci Dünya müharibəsinin ağrı-acılarını hələ də üzərində daşıyan avropalılar mahnını çox tez mənimsəyirlər. Depressiv mahnı, onsuz da depressiyada olan insanları intihara sürükləyir. Həqiqətən, mahnının sözləri də, musiqisi də çox depressivdir. Reje Şereş özü də 69 yaşında özünü pəncərədən ataraq intihara cəhd edir. Lakin sağ qalır və xəstəxanaya yerləşdirilir. Daha sonra o, xəstəxanada özünü asaraq intihar edir. 

“Kədərli bazar günü” mahnısını bir çox musiqiçilər ifa edir. Ancaq 1941-ci ildə Billi Holidey tərəfindən ifa edildikdən sonra bu mahnı  daha da məşhurlaşır. Bir çox radiolarda mahnının səsləndirilməsi qadağan edilir. Səbəb kimi mahnının intihara sövq etməsi göstərilir.

Oxşar hadisə Türkiyədə də baş verib. 1999-cu ildə türk müğənni Murad Kekilli “Bu akşam ölürüm” mahnısını oxuduqdan sonra ölkədə intihar hadisələrinin artdığına dair iddialar var. Musiqiçi həmin söz-söhbətlərdən sonra bir müddət inzivaya çəkilib.



“Verter effekti”

Bu fenomenə psixologiyada “Verter effekti” deyilir. Alman yazıçı İohan fon Göte 1774-cü ildə məktublar formasında yazdığı “Gənc Verterin iztirabları” adlı romanı çap olunur. Əsər gənc Verterin Şarlotta adlı qadına qarşı platonik məhəbbətindən bəhs edir. Əsərin sonunda Verter intihar edir. “Gənc Verterin iztirabları” həmin dövrün ən çox oxunan əsərinə çevrilir. 1787-ci ildə ikinci dəfə nəşr edilir. Romanın təsiri ilə Almaniyada və Avropada intiharların sayı kəskin çoxalır. Buna görə bir çox ölkədə kitabın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir