İran alimlərindən dünyanı şoka salan tədqiqat

Baxış sayı: 1. 949
Qaynar çayın zərərləri…
 
İranda Tehran Tibb Universitetinin­ professorları apardıqları tədqiqat nəticəsində müəyyən ediblər ki, müntəzəm sürətdə qaynar çay (70C temperaturdan çox) içmək həzm sistemində xərçəng əmələ gəlməsinə səbəb olur.fft99_mf905241
Publika.az xəbər verir ki, tədqiqat “Britaniyanın Tibb Jurnalı”nda (Bri­tish Medical Journal) dərc olunub.
Qaynar cay içmək ölümcül xəstəliyə səbəb olur
Qastroenteroloq­lar İranın şimal əyaləti Holestanın həzm xərçəngindən əziyyət çəkən 300 sakininin qidalanma adətlərini tədqiq ediblər və nəticəni elə həmin ərazinin sakini olan 571 sağlam adamın müayinəsi ilə müqayisə ediblər.
Məlumdu­r ki, əhalisi farslar və türkmənlər olan Holestan həzm xərçəngindən əziyyət çəkənlərin sayına görə dünyada ən yüksək göstəricilərdən­ birinə malikdir. Bununl­a belə, əyalətin sakinləri çox az siqaret çəkirlər və demək olar ki, spirtli içki içmirlər. Əslində məhz bu faktorlar xərçəngin əsas səbəbləri hesab olunur.
Amma Holestan sakinləri çoxlu qara çay içirlər – orta hesabla gün ərzində 1 litrdən çox.
Alimlərin tədqiqatlarına görə, kimlər ki, çayı süzəndən sonra içmək üçün 1-2 dəqiqədən az gözləyirlər, heç­ olmasa 4 dəqiqə çayını soyudanlardan 5 dəfə daha çox xərçəng olmaq şansı qazanırlar. Bu mexanizm sonacan məlum olmasa da, həzm sisteminin müntəzəm olaraq termal yanığa məruz qalmasının xərçəngin yaranması ilə nəticələndiyi guman olunur.
Həzm sisteminin xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən sayılır. Hər il bu xəstəlikdən 500 mindən çox insan dünyasını dəyişir. Əsasən Afrika, Asiya və Cənubi Amerikada. Avropanın bədxassəli şişdən əziyyət çəkən sakinləri isə son 20 ildə daha çox sağalmaq şansı əldə ediblər. Bu nəticəyə “Eurocare” layihəsinin tədqiqat qrupu gəlib.Tədqiqatç­ılar hesab edirlər ki, bütün yaş qruplarından olanlar arasında müşahidə olunan inkişaf erkən diaqnostika və get-gedə daha çox insanı əhatə edən könüllü müainənin nəticəsidir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir