GEYİM

İşgüzar qadınların qarderobunda olmalı 15 geyim

Baxış sayı: 2. 062

Müasir dövrdə bir çox qadın işləyir. Onlar hər gün gözəlliyini və şuxluğunu qorumağa məcburdurlar. Bununla yanaşı rahatlığı da unutmaq olmaz. “Gencaile.az” Aile.lent.az-a istinadən işgüzar qadınların qarderobunda olmalı 15 geyimlə sizi tanış edir.

Sizi müdir kimi göstərən dar şalvar

Təbii ki, dar cinslərdən bəhs etmirik. Dar parça şalvar ombaya tam oturmalı, amma  ayaqlara da yapışmamalıdır. Balağı isə ayaq biləyinin bir az üstündə bitməlidir.

Qələm ətək

Qələm ətək tam bir ofis klassikasıdır. Ondan mükəmməlini tapmaq olduqca çətindir. Buna görə də qələm ətəyi geyinməzdən əvvəl dərziyə aparıb bədəninizə görə düzəlişlər etdirin. Ətəyinizin bel qismi tam oturarkən omba hissəsi çox rahat olmalıdır.

Çiyinlərinizə biçilən pencək

Yaxşı bir pencək boyunuzun uzun görünməsini təmin edər. Eyni zamanda özgüvəninizi də artırar. Sadə və gözəl görünmək üçün ideal olan pencəyi qarderobunuzda hər şeyə uyğunlaşdıra bilərsiniz.

Ağ köynəyi hər yerə geyinə bilərsiniz

Bəzəksiz, naxışsız sadə bir ağ köynək heç vaxt problem deyil. Qələm ətəklə, parça, yaxud cins şalvarla və ağlınıza gələ istənilən paltarla geyinə bilərsiniz. Bütün gün qəşəng görünmək üçün qırışmayan parçadan olan ağ köynək seçin.

Ayaqları uzun göstərən yüksək bel şalvar

Dar, ya da enli yüksək belli şalvarları istənilən qadın seçə bilər. Hündürdaban ayaqqabılarla geyindikdə ayaqlarınız möhtəşəm görünəcək.

Rahat, qara hündürdaban ayaqqabı

Rahat ayaqqabı tapana qədər bir az əziyyət çəkəcəksiniz. Lakin tapdıqda buna dəydiyini görəcəksiniz. Dabanın çox yüksək olmamasına və ucunun iti olmasına diqqət edin.

Babetlər

Hündürdaban ayaqqabıların içində nə qədər rahat olsanız da, hər gün onları geyinmək əziyyət olacaq. Bu zaman köməyə babetlər gəlir. Ona görə də ofisdə mütləq babet saxlayın.

Bədənə yapışan don

İş saatları xaricində qatılacağınız hər hansı bir kokteyl üçün bədənə yapışan bir paltarınızın olması şərtdir. Aksessuarlarla bəzəyəcəyiniz qara, göy və boz kimi neytral rəngləri seçin.

Ətək görünüşlü şalvar

Qısa bir ətək şalvarınız yoxdursa, almağa tələsin. Qısa ətək şalvarlar ətək qədər gözəl görünür.

Hər zaman geyə biləcəyiniz plaş

Bir ofisdə işləyən və ya işləməyən hər qadının qarderobunda plaş olmalıdır. Zərif plaşlar cins şalvar və idman ayaqqabıları ilə gözəl kombinə edilə bilər.

Tünd rəngli cins şalvar

Rahatlığınızı əldən verməmək və şuxluğunuza güzəştə getməmək üçün tünd rəngli enli ayaqlı cins şalvarlar seçin.

Kimano ipək bluz

Sərin havalı günlərdə pencək və ya jaketlə geyinə biləcəyiniz kimano ipək bluz şkafınızda ən çox istifadə etdiyiniz geyim olar. Şalvar və ətəklərinizin içinə saldığınız bluzun neytral rəngdə olması ideal seçimdir.

Sərin havaların xilaskarı boğazlı kofta

Qolsuz ipək bluzun qış üçün alternativi boğazlı koftadır. Sadə rənglərdən seçəcəyiniz boğazlı koftanı pencək, jilet və jaketlərinizin altından geyinə bilərsiniz.

Çiyninizə ata biləcəyiniz şal

Çölə çıxarkən boynunuza dolaya biləcəyiniz şala hər zaman ehtiyacınız var.

Böyük, lakin dəbli çanta

Pulqabı, açarlar, telefon, kitab, ətir, makiyaj çantası, ehtiyat ayaqqabı… Bütün bunları kiçik bir çantaya sığdırmaq mümkün deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir