dolma

İspanaqlı pomidor dolması – RESEPT

Baxış sayı: 1. 428

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə  ara öyünü, ya da qəlyanaltı olaraq hazırlaya biləcəyiniz, aşağı kalorili ispanaqlı pomidor dolmasının reseptini təqdim edirik.

 

Ərzaqlar:

-1/2 ispanaq

-2 diş sarımsaq

-200 qr süzmə qatıq

– 6 ədəd orta boy pomidor

– Duz, istiot, qırmızı bibər

 

Hazırlanması:

İspanaqları yaxşıca yuduqdan sonra duzlu suda qaynadın. Süzdükdən sonra incə-incə doğrayın. Süzmə qatıq qırmızı bibər, duz, istiot və əzilmiş sarımsaqla qarışdırın. İspanaqları da içinə əlavə edin. Pomidorları iki yerə bölüb içini oyun. İspanaqlı, qatıqlı içliklə doldurun. İstəsəniz, üstünə xırda doğranmış qoz da əlavə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir