kend

Kəndlərdə DƏHŞƏTLİ ADƏTLƏR: Cadugər QƏTLLƏRİ, ovsuna görə şoka salan cəzalar…

Baxış sayı: 1. 794

Kəndli icması həmkəndlilərini təhlükəyə məruz qoyanlara rəhm etmirdi. Yaramaz hərəkətlərə görə məlum günahkarlarla yanaşı, cadugərlik, ovsunlama və s. bu kimi əməllərlə məşğul olduqları ehtimal olunanlar da cəzalandırılırdı. Hesablaşma, cəzalandırma səbəbləri ilə üsulları isə müasir insanları şoka sala bilər.

Rusiya kəndlərindəki qəribə adətlər, müasir insanlara xas olmayan bir sıra eybəcərliklərin icmalını dəyərli oxuculara təqdim edirik.

 

Cadugər qətli xeyirxah əməldir, günah sayılmır

 

Cadugərin tonqalda yandırılması

Rus kəndində epidemiya və ya aclıq zamanı cadugər, ovsunçu öldürülürdü. İnsanlar bunu etməklə, ölümlərlə fəlakətlərə son qoyduqlarını zənn edirdi. Cadugərin qətli günahkar əməl hesab edilmirdi, əksinə, cəmiyyət tərəfindən alqışlanırdı. Kəndlilər bunu ali qüdrətin qəzəbindən qurtulmağın yollarından biri hesab edirdi.

Rusiyanın ictimai-siyasi tarixi arxivində cadugərlərin cəzalanııdırıldığına dair bir çox sübutlu sənədlər qorunub-saxlanıb. Hadisələrdən biri 1879-cu ildə, kənd sakinləri olan bir neçə qadının eyni vaxtda xəstələndiiyi Novqorod quberniyasında (Vraçevka kəndində) baş verib. Əsəb pozuntulu ürəkkeçmələr zamanı xəstələr yerli cadugər Yekaterina İqnatyevanın adını çəkirdi. Bu fakt kəndlilərin dul qalmış cadugər qarını yaşadığı yerdə bağlayıb, qapı-pəncərələrini mismarlayaraq, evini yandırmaları üçün yetərli əsas idi.

Edamın fəal iştirakçılarının sayı 17 nəfər idi, kəndin daha 300 sakini edamı ədalətli hesab edərək, baş verənləri müşahidə edirdi. Bu hadisənin yazılı təfərrüatları nahiyə (vilayət) məhkəməsinə təqdim olundu və məhkəmənin qərarına əsasən, qətl törətmiş insanlardan 14 nəfər tamamilə bəraət qazandı. Qalan 3 nəfər cinayətkara qarşı irəli sürülən ittihamın cəzası kilsədə məcburi tövbəyə cəlb olunmaları idi.

 

Epidemiyanı dayandırmaq üçün insanı qurban vermək

 

Qətl epidemiyadan qurtulmaq üsulu kimi

Kənddə yoluxucu xəstəliklərin yayılması insanları dəhşətə gətirirdi. Əhali üçün böyük təhlükə təşkil edən xəstəliklərə hiyləgər üsulla məhv edilməli olan canlı varlıqlar kimi yanaşılırdı. Yatalaq, taun və ya vəba xəstəlikləri ilə mübarizə aparmaq üçün bu bəlaya birinci düçar olmuş zavallılar diri-diri dəfn edilirdi. Belə ki, kəndlilər arasında zorakılıqla öldürülən xəstələrlə yanaşı, onların düçar olduğu bəlanın da məhv olacağına və xəstəliyin yayılmasına son qoyulacağına dair fikir formalaşmışdı.

Belə bir ölümün əzab çəkən bədəndən cinləri qovduğu və onların mərasim nəticəsində canlılar dünyasını tərk edərək, ölüm səltəənətinə yollandığı zənn edilirdi. Bu barədə rusiyalı kriminalist hüquqşünas L.Beloqrits-Kotlyarevski məlumat verir. Bəzən xəstələr könüllü surətdə özləri üçün bu aqibəti seçirdi.

 

Diri-diri qəbrə gömülmə

Rusiyalı etnoqraf P.Yefimenkonun məlumatlarına görə, “qara ölümə” birinci düçar olmuşları diri-diri dəfn etmək və ya yandırmaq ənənəsi zamanla sadələşdi. XIX yüzillikdə bu ayinin qurbanı kimi istənilən yaşlı qadın ola bilərdi, onun diri-diri dəfn olunması tələb olunurdu. Beləcə, 1855-ci ildə, Minsk quberniyasının Okopoviçi kəndində vəbadan ölənlərlə birlikdə ibadət üçün dəvət olunan 70 yaşlı kənd sakini Lukiyanın da qəbrə atıldığı hadisəsi baş vermişdi.

İstintaq zamanı cinayət iştirakçılarının vəba epidemiyasına bu şəkildə son qoyulması üsulu haqqında eşitdikləri aydınlaşmışdı. 1861-ci ildə Yenisey quberniyasında bir nəfər kəndli icmaya azyaşlı qohumunu (qız uşağını) qurban gətirməyi təklif etmişdi. Onun fikirincə, bu yolla ailəsini və kəndin digər sakinlərini xilas etmək olardı.

 

Mal-qaranın sağlamlığının qeydinə qalmayan kəndli həyatından məhrum edilə bilərdi

 

Örüşdə

Rus kəndlərində xəstəliyi, yaxud da bu və ya digər fəlakəti kənd ərazisinə buraxmamaq məqsədi daşıyan mərasimlərin keçirilməsi geniş yayılmışdı. Mal-qaranı kütləvi qırılmadan müdafiə edən zəruri mərasimlərdən biri də inək ölümünün qovulması və ya “Şumlama” mərasimi olub. Bu mərasimdə bütün kənd icması iştirak edirdi, hər bir sakindən mərasimin şərtlərini mütləq şəkildə yerinə yetirmək tələb olunurdu.

Kənd boyu təntənəli yürüş keçirilməsi üçün qadınlar seçilirdi (əsasən dul qadınlar, iştirakçıların sayı, bir qayda olaraq, üçə bölünə biləcəkolmalı idi). Kişilər isə yürüşün sonuna qədər evdə qalmalı idi. Təntənəli yürüş iştirakçılarının qarşısına çıxacaq istənilən canlı öldürülməyə məhkum idi. Bu mülahizə kəndlilərin “qara ölümün” vəhşi heyvan simasını qəbul edə biləcəyinə və ya insan cildi alacağına dair inancı ilə bağlı idi. İcmaya hörmətsizlik nümayiş etdirərək, “Şumlama” mərasimi zamanı küçəyə çıxan kənd sakini öldürülə bilərdi. Göründüyü kimi, kənddə baytarlıq məsələlərinə ciddi yanaşılırdı, mərasim XIX əsrə qədər aktual qalmağa davam etdi.

 

Oğru qazanc üçün yox, ölümü üçün oğurluq edir

 

At oğurluğu ağır cinayətdir

Rus kəndində at oğurluğu son dərəcə ağır cinayət hesab edilirdi, bunu törətmiş adam əksər hallarda ölümlə nəticələnən amansız işgəncələrə məruz qoyulurdu. Rusiyalı etnoqraf V.N.Tenişev at oğrularına tətbiq edilən cəzalardan bəhs edərək, gözlərin çəxarılması, döyənək və ya qamçılarla döyülmə, kəllə sümüyünə mismarların və ya dırnaq altına taxta talaşaların çalınması, dişlərin vurulub çıxarılması kimi işgəncə növlərini sadalayır.

Divantutma mərasimlərində tez-tez yaşlı insanlar da, azyaşlılar da iştirak edirdi. Həmçinin at oğrularını suda boğur və ya asırdılar. Cinayətkarı qəzəblənmiş kəndlilərin törədə biləcəyi amansız ölümdən yalnız icmanı cinayətkarın həm də qətl törətdiyinə inandırmaqla xilas etmək mümkün idi. Belə bir günaha görə kəndlilər cinayətkara, bir qayda olaraq, məhkəməsiz cəzalandırma tətbiq etmir, onu hakimiyyətə təhvil verirdilər.

Rusiyalı alim-tarixçi İ.N.Vasevin məqaləsində böyük oğurluğa görə tətbiq olunan cəzanın sübutu gətirilir. Belə ki, bir nəfəər kəndli körpə inəyi oğurlayaraq, onu meşədə xəlvətcə doğrayır. Cinayətin üstünü icma açır, heyvanın dərisi tapılır, günahkarın cəzalandırılmasına dair qərar qəbul edilir. Üzərinə milçək sürfələri ilə dolu heyvanın dərisi geyindirilmiş cinayətkar kənd boyunca gəzdirilir, bütün arzu edənlərin onu əl-ayağı və ya kənd təsərrüfatı alətləri ilə döyməsinə icazə verilir. Tədbirin sonuna yaxın ittiham edilən şəxs artıq aldığı zərbələrin fövqəladə ağırlığından ayaq üstə zorla dayanırdı.

Bir qayda olaraq, kənd özünəməxsus adətləri və mədəni ənənələri olan bir yerdir. Qeyd edək ki, planetimizin genetik anomaliyaların norma hesab olunduğu 10 qeyri-adi kəndi var…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir