VALIDEYN

Karantin zamanı uşaqları evdə necə saxlamalı? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 875

Hazırda ölkəmizdə koronavirusla əlaqədar yaranan mövcud vəziyyət valideynlərin gündəlik həyat tərzini gərginləşdirib. Ancaq unutmayaq ki, bu vəziyyət övladlarımıza daha çox vaxt ayırmaq üçün bizlərə şərait yaradıb.

Valideynlərin çoxunu isə düşündürən bir sual var: “Bütün gün ərzində uşaqları evdə necə saxlayaq?”

Mövzuya münasibət bildirən klinik psixoloq Nigar Cəbrayıl hər çətin vəziyyətdə bir xeyirin olduğunu qeyd edir:

Uşaqlarla evdə oynaya biləcəyiniz oyunlar – Bagcam.az

“Əvvəla onu qeyd etmək istəyərdim ki, ilkin etməli olduğumuz iş vaxtımızı doğru idarə etmək və zamanı düzgün dəyərləndirməkdir.

İkinci, gigiyenik vərdişləri öz övladlarında formalaşdıra bilməyən valideynlər üçün fürsət yaranıb. Səhər diş fırçalamağı sevməyən, dərsə tələsməyini və ya gecikməyini bəhanə gətirən uşaqlar, indi bunu valideynləri ilə birlikdə heç bir yerə tələsmədən əyləncəli şəkildə edə bilərlər.

Üçüncü vacib məsələ isə şagirdlərin təhsilinə diqqət ayırmaqdır. Onların mövcud şərait çərçivəsində dərslərə qatılmağına imkan yaratmalıyıq. Dünya praktikasında olduğu kimi ölkəmizdə də məsafədən təhsil tətbiq edilir. Şagirdlər dərslərə qoşularaq həm müəllimləri, həm sinif yoldaşları ilə ünsiyyət qurur, yeni dərs sisteminə adaptasiya olunur, ən əsası təhsildən geri qalmırlar”.

Zekasına Zeka Katmak İsteyen Çocuklar İçin Zeka Oyunları - İlkokul ...

Psixoloq həmçinin gün ərzində ev şəraitində olduqları üçün uşaqların psixoloji və fizioloji sağlamlığına da diqqət ayırmayın mühüm olduğunu dilə gətirdi.

“Dərslərə ara verən zaman idman hərəkətləri, əzələ relaksasiyası da önəmlidir. İdman alətləri, hər hansı idman ləvazimatları bir çox ailələrdə var. Onların vasitəsi ilə də oturaq həyat tərzimizi, az hərəkətliliyi aradan qaldıra bilərik.

Musiqili idman hərəkətləri əhval ruhiyyəmizi yüksəldərək, mövcud xoşbəxtlik hormonlarımızı artıraraq gündəlik həyatımıza rəng qata bilərik”,-deyə Nigar xanım bildirir.

Çocuklarla Oyun Oynamak Neden Önemli? >

“Ailəlikcə oyun oynayın”

Karantin günlərində vaxtı daha səmərəli keçirməyin mümkün olduğunu diqqətə çatdıran müəxəssis, bu dövrdə valideynlərin övladları ilə birlikdə oxu saatı təşkil edə, audio kitabları dinləyə, virtual akvarium, zoopark, muzeylərə səyahət edə biləcəyini söyləyib:

“Ailəlikcə stolüstü oyunlar (loto, domino, cenqa, monopoliya vəs.) oynaya bilərsiniz.

Keçmiş illərdə bir sıra yaddaş, diqqət, məntiq zəifləməsinin qarşısını almaq məqsədi ilə nənə-babalaramız krossvord, çaynvord, sudoku və s. kimi oyunları oynayaraq asudə vaxtlarını zənginləşdirirdilər.

Uşaqlar ilə menyu düşünüb bir sıra yeməkləri daha əyləncəli şəkildə hazırlaya bilərsiniz. Düşbərə, pizza, pirojki kimi yeməkləri hazırlamaq onlar üçün maraqlı ola bilər.

Toxuma, tikmə, kinetik qum, plastilin ilə məşğələlər təşkil edə bilər, hətta onların sevimli nağıl qəhrəmanlarını çəkərək, onlarla birlikdə kartonlar üzərində yapışdırıb ailəvi nağıl terapiyası da etmək olar. Bir sözlə, vəziyyəti düzgün və sizin ailə prinsiplərinizə uyğun dəyərləndirin. Sağlam və nikbin olun”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir