kesis

Keşiş eyş-işrətə 2 milyon dollar xərclədi

Baxış sayı: 1. 446

Norveçdə məhkəməyə çıxarılan keşişin 7 il ərzində xeyriyyə fondunun pullarını eyş-işrətə xərclədiyi üzə çıxıb.

Are Blumhof məhkəmədə etiraf edib ki, “Betanien” Xeyriyyə Fondunun 15 mln kron (təxminən 2 milyon dollar) pulunu İspaniyadan olan yüngül əxlaqlı qadınlarla kef məclislərinə xərcləyib.

“Bu, xəstəlik, narkomaniya kimi idi”, -deyə keşiş məhkəmədə deyib. O etiraf edib ki, həm də içkiyə qarşı zəifliyi var.

Onun sözlərinə görə, bir kef gecəsinə görə qadınlar 1300 – 1700 dollar pul alırmışlar.

“Betanien” Xeyriyyə Fondunun Blumhof tərəfindən rəhbərlik edilən bölməsi Norveçin şimalında xəstəxana, uşaq bağçası və məktəblərə sahibdir. Bölmənin, həmçinin, İspaniya sahillərində qocalar evi və bərpa mərkəzi var.

Maraqlıdır ki, 3 il əvvəl kral Harald Are Blumhofu ordenlə təltif edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir