heykel

Khacuraho – “monumentallığın erotizmi” və ya “erotizmin monumentallığı”

Baxış sayı: 715

Min ildir davam edən bu tantrik proseslərdə görünür bu daşlar hələ də yorulmaq bilmir. Sənət tarixində erotizmin ən güclü, ən monumental fəza həllinə, Hindistanda Khacurahodakı məbədlər kompleksində rast gələ bilərik. Bu heykəllər erotizmin sənət zirvəsi olmaqla, açıq səma altında Kamasutranın daş həlli kimi dayanır.

sənət tarixində erotizm

Çandela xanədanlığı tərəfindən 950-1050-ci illərdə tikilmiş Khacuraho məbədlər kompleksi 85 məbəddən ibarət olsa da, tarix boyu Mahmud Qəznəvinin hücumlarına məruz qalan bu torpaqlarda hər dəfə onlarla məbəd dağıdılaraq günümüzə cəmi 25 məbəd salamat gəlib çata bilmişdir.

Məbədlər hinduizm və caynizm dinlərinə görə iki qrupa ayrılır. Hər məbədin bir tanrısı olur ki bu da məbədin aid olduğu dinin tanrılarından biridir. Kompleksdəki məbədlərin böyük əksəriyyətini hindu məbədləri təşkil edir və tanrı Şivanın himayəsində olan məbədlərin sayı daha çoxdur.

Bunlardan ən böyüyü də Kandarya-Mahadeva “Sevgi Məbədi” olaraq da bilinir.

Kandarya Mahadeva "Sevgi Məbədi"

Kandarya-Mahadeva məbədi.

Erotik heykəllərin böyük hissəsi Kandarya-Mahadeva məbədinin payına düşür. Bu ən böyük məbəd olmaqla birlikdə kompozisya zənginliyinə, sujetlərdəki erotik dinamizmə görə digər məbədlərdən seçilir.

Lakşmana məbədi (hindu məbədi), tanrısı Vaykuntha Vişnu

Lakşmana məbədi (hindu məbədi), tanrısı Vaykuntha Vişnu

Lakşmana məbədindən.

Lakşmana məbədindən.

Xüsusən hindu məbədlərində müşahidə olunan daş oymalardan ibarət monumental kompozisyalarda orgiyalara – qruplu seks səhnələrinə rast gəlmək olur.

Orgiyalar. Qrup sexs

Divarlar boyu Kamasutradan səhnələr kompleks şəkildə bir-birini möhtəşəm formada tamamlayır.

Cayna məbədlərinə gəldikdə…

Kompleksdə bu günə kimi cəmi 4 cayna məbədi salamat qalıb. Ən böyük cayna məbədi Parşvanatha məbədidir. Tanrı Parşvanathanın adı ilə bağlıdır.

Cayna məbədləri

Parşvanatha məbədi (cayna məbədi), tanrısı Parşvanatha

Parşvanatha məbədi Lakşmana məbədinə oxşasa da, istər kompozisya istər mövzu baxımından fərqlənir.

Parşvanatha məbədidən.

Parşvanatha məbədidən.

Bu məbəddəki kompozisyalarda daha çox bədii estetik ağırlıqlı hekayələr təsvir olunub.

Bu mədəniyyət incisi yer üzündən tamamilə silinmədiyinə görə demək sevgi tanrıçası müharibə tanrısına qalib gəlmiş kimi görünür.

Hal-hazırda bu məbədlər YUNESKO-nun mədəni irsi siyahısına düşüb.

Khacurahoda hər il fevral ayında rəqs festivalı keçirildiyindən səyahət üçün də bu ən yaxşı vaxt hesab oluna bilər.

Həə belə.. Min il əvvəl dünyada belə nəhəng gözəllikləri yaradanlar var idi…

(“Nevarneyox.com”)

Khacuraho - heykəllərdən seks dərsləri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir