ev

Kiçik evlərin GENİŞ görüntüsü – Bu qaydalara DİQQƏT

Baxış sayı: 609

Evin müasir və gözəl görünüşü üçün zövqlü dizayn edilməsi əsas şərtdir. Bəzən kiçik evlərdə sadə toxunuşla həm fərqli, həm də geniş görüntü yarada bilərsiniz.

Beləlilə, kiçik ev sahibləri üçün maraqlı fikirlər təqdim edirik:

Əgər, evinizdə geniş güzgü olmasını istəyirsinizsə və uyğun şərait yoxdursa, o zaman üzəri güzgülü dolab dəstinə üstünlük verin.

 

Kiçik evinizdə kosmetik vaistələrinizə yer yoxdur? O zaman kiçik taxtanın üzərinə şüşə qablar yerləşdirməklə, bu problemi aradan qaldıra bilərsiniz.

 

Pəncərənizin böyük görünməsi üçün, pərdələri tavana daha yaxın yerləşdirin. Bundan əlavə, pərdələrinizi asmaq üçün şəkildəki fərqli vaistələrdən istifadə edə bilərsiniz.

İstifadəsiz kəmər, muncuq dəstini pərdə bağı kimi istifadə etmək mümkündür.

Mebel dəstinizi dəyişməyə tələsməyin. Yenidən rəngləmək və ya fərqli dəstək düzəltməklə də köhnə dəstiniz yenilənəcək.

Otaqdakı televizorun fərqli görünməsi üçün rəngli çərçivələrdən istifadə etmək olar.

Yatağın alt hissəsində çəkməcə yerləşdirməklə, artıq əşyalarınızı yerləşdirə bilərsiniz.


Tünd rəngli tavan və açıq rəngli divarla evinizin fərqli görünüşünə sahib ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir