otaq

Kiçik qonaq otaqlarını necə dekorasiya etməli? – “EVİN İŞİ”

Baxış sayı: 857

Çoxumuzun evində kiçik qonaq otaqları var. Kiçik evlərdə dekorasiya etmək və gözə xoş gələn məkanlar yaratmaq daha çətin ola bilər. Bu yazımızda kiçk qonaq otaqları üçün dekorasiya nümunələri və fikirləri sizləri gözləyir. Kiçik bir qonaq otağını yaxşı dizayn etmək üçün bir neçə şeyə diqqət yetirmək lazımdır.

Beləliklə, “Gencaile.az” saytının “Evin işi” rubrikasında bəzi ipuclarını təqdim edirik. Əvvəlcə mebellərin, əşyaların ölçüsü və sayını dəqiqləşdirin. Otağınıza bütün mebelləri sığdırmağa çalışmayın. Bəzi insanlar başqaları olmadığını düşünməsin deyə bütün dəsti otağa yerləşdirməyə çalışır. Ancaq bilmək lazımdır ki, mebel sayını azaltsanız, daha işıqlı evə sahib olacaqsınız.

İkinci məsələ isə rənglərdir. Canlı və tünd rənglər daha tez ön plana çıxır. Əgər divar və pərdələrdə canlı rənglərdən istifadə edəcəksinizsə, otağınızın daha kiçik və dar görünəcəyini əvvəlcədən nəzərə almalısınız. Arxa planda solğun və açıq rənglər istifadə edin.

Otağın mərkəzinə doğru canlı rənglərdən istifadə etməyə başlaya bilərsiniz. Beləcə, otağa bir dərinlik qazandırmaq olar və otağınız daha geniş görünə bilər.

ev 3

ev 2

ev 1

ev 4

ev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir