kisiler

Kim evlənməyə daha meyillidir: pullu kişilər, yoxsa ağıllı kişilər?

Baxış sayı: 786

Məhəbbət doğrudan da qəliz məsələdir. Bir adam başqa bir adamın gözündə dünya gözəli ola bilər, amma başqa birisi bu gözəlliyə heç məhəl də qoymaz.

Amma Böyük Britaniyada aparılmış elmi araşdırma kişilərin intellektual səviyyəsinin onların evlənməsinə və bu evlilikdə hansı müddətə qala biləcəyinə təsir etdiyini göstərib.

Helsinkidəki Hanken İqtisadiyyat Məktəbinin və Aalto Universitetinin, habelə Philadelphia-dakı Temple Universitetinin alimləri kişilərin zehni qabiliyyətlərinin onların evlilik perspektivlərini necə təsirləndiyini öyrənməyə çalışıblar.

kisi-qadin

Jaakko Asparanın rəhbərlik etdiyi alimlər qrupu bu məqsədlə Finlandiya silahlı qüvvələrinin, Finlandiyadakı Əhalinin Qeydiyyatı Mərkəzinin və vergi nazirliyinin sənədlərini təhlil ediblər.

Ümumilikdə alimlər 190 min kişinin İQ dərəcəsini, maaş və sosial statusunu nəzərdən keçiriblər.

Kişiləri zehni qabiliyyət və ya İQ göstəricisinə görə üç qrupa ayırıblar: ifadə, məntiq və riyazi intellekt.

İfadə intellektuallığı deyildikdə informasiya və problemlərin həllində dil qabiliyyətindən istifadə nəzərdə tutulur.

Məntiqi intellekt adından göründüyü kimi problemlərin həllinə məntiqi yanaşma qabiliyyətini nəzərdə tutur.

kisi-qadin

Üçüncü, riyazi intellektuallıq isə, yenə də adından göründüyü kimi məsələlərə riyazi mövqedən yanaşmanı göstərir.

Nəticədə bəlli olub ki, dil, danışıq və ifadə qabiliyyəti olanlar gələcəkdə evlənməyə və evli qalmağa daha çox meyillidirlər.

Lakin ən maraqlı nəticə budur ki, pullu kişlər evlənməyə sözü gedən üç qrupun hamısından daha çox meyillidirlər.

Burası da var ki, evlilikdə daha uzun müddətə, sədaqətlə qalmaqda dil qabiliyyəti olanlar pullulardan daha üstündürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir