Çoxları klimaksın yalnız qadınlara məxsus bir dövr olduğunu düşünür. Amma kişilər arasında da klimaks ən çox yayılan problemlərdən biridir. Qadınlarda 45 yaşdan sonra başlayan bu problem kişilərdə daha erkən yaranır. 35 yaş tamam olduqdan sonra kişi yumurtalıqları hər gün əvvəlkindən az testosteron hazırlamağa başlayır. Testosteronun miqdarının bu cür azalması tədricən hiss olunur. O, özünü 20 il ərzində büruzə verir. Bu dəyişikliklər klimaks xəstəliyinin yaranmasına səbəb olur. Tibb elmində «andropauza» adı ilə tanınan xəstəlik kişilərdə sonsuzluğa gətirib çıxarır.
Xəstəlik gizli inkişaf etdiyi üçün kişilərə 35 yaşdan sonra ildə ən az 3 dəfə həkim müayinəsindən keçmələri məsləhət görülür. Çünki xəstəlik kişilərdə hormonal dəyişikliklərlə nəticələnir. Xəstəlik zamanı testosteron öz oxu ətrafından çıxır. Hüceyrələr onu qəbul və ifrazetmə qabiliyyətini itirir. Eyni zamanda testosteron qəbul edən hüceyrələr də zəifləməyə başlayır. Kişilərdə klimaks dövründə cinsiyyət vəzilərinin funksiyası itir.
Klimaksın erkən yaşda başlamasının səbəbləri:
- Stress
- Oturaq iş şəraiti
- Düzgün qidalanmamaq
- İstirahət rejiminin olmaması
- Aqressivlik
- Peşə xəstəlikləri
- Kompüter qarşısında həddindən çox oturmaq
Əlamətləri:
- İstilik
- Hava çatışmazlığı
- Başgicəllənmə halları
- Yorğunluq hissi
- Gərginlik
- Yuxusuzluq
Fəsadları:
Kişilər bu ərəfədə tez-tez depressiyaya düşürlər. Klimakterik dövrdə kişilərdə ürək-damar sistemi, sinir sistemi, cinsiyyət orqanları, sidik və endokrin sistemdə pozulmalar baş verir. Kişilərin 10-20 faizində məhz bu dövrdə nevroz xəstəliyi baş verir.
Xəstəliyi sürətləndirən proseslər:
Bəzi dərman preparatlarının qəbulu kişi klimaksının erkən yaşda başlamasına və sürətli getməsinə gətirib çıxarır. Bunlar arasında kardioloji preparatlar birinci sıradadır.
Profilaktik tədbir:
Gün ərzində təmiz havada gəzməli, idmanla məşğul olmalı, «fast-food»dan kənar durmalıdır.