qadin-kisi

Kişiləri sehrləmək üçün 4 ipucu – QADINLARIN MENYUSUNA

Baxış sayı: 1. 532

Makiyaj və qulluq üçün bir çox məşhur və seksual qadından nümunə götürürük. Bəs tarixdə iz qoymuş gözəl qadınların gözəllik sirlərindən niyə yararlanmayaq?

Gözəllik deyəndə hələ də ilk ağlımıza gələn qadın Kleopatradır. Güclü və cazibədar qadın obrazının tarixdəki ən yaxşı nümunəsi olan Kleopatranın özünəməxsus gözəllik sirləri var idi.

 

Süd və baldan gələn gözəllik

Bal və süd tarix boyunca qadınların vaz keçilməz gözəllik sirlərindən olub. Bal antibakteriyal xüsusiyyəti ilə dərini təmizləyir. Həmçinin dərinin nəmlənməsi üçün də vacibdir. Vitamin və mineral cəhətdən zəngin olan süd isə tərkibindəki turşularla dəridəki yağ nisbətini tənzimləyir. İpək kimi yumşaq dəri üçün bu iki möhtəşəm qida ilə hazırlanmış maskalardan istifadə etmək lazımdır.

 

Üzümlə üzə qulluq

Kleopatranın bir başqa gözəllik sirri də üzüm olub. Üzüm antioksidantlar ehtiva edir və bunun sayəsində dərinizin daha sağlam görünməsinə kömək olur. Həmçinin dərinizin daha sağlam görünüb, stressin təsirlərindən qorunmasını təmin edir.

Təbii üzümlə edilən qulluq dəri gözəlliyinə önəm verən qadınların vaz keçilməzi olmalıdır.

 

Möcüzəvi ətir

İlanq-ilanq çiçəyinin qoxusu insanı başdan çıxarır. Qədim zamanlardan bəri eşq və romantika ilə əlaqələndirilən bu qoxunun təsirindən xəbərdar olan Kleopatra kişiləri məst etmək üçün ondan istifadə edirdi. İndoneziya dilində “çiçəklərin kraliçası” mənasını verən ilanq-ilanqın eyni zamanda afrodizyak təsiri olduğu da məlumdur.

Kraliça Kleopatra romalı general Mark Antonini təsiri altına salmaq üçün də bu möcüzəvi çiçəyin qoxusundan istifadə edib.

Siz də hamını özünüzə aşiq etmək üçün tərkibində bu çiçək olan ətirlərdən istifadə edə bilərsiniz.

 

Aksessuar

Kleopatra qədər təəccüb doğuran, baxanı bir daha baxmağa təhrik edən görkəmə sahib olmaq üçün gözəlliyinizi tamamlayan iddialı aksessuarlar istifadə edə bilərsiniz. Bunun üçün qarşı qoyulmaz bir cazibədarlıq bəxş edən ilan dərisi naxışlı, qızıl rəngli çanta və ya qolbaq ideal seçim ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir