xestelik

Kişilərin xəstəliyi, qadınların həkimliyi

Baxış sayı: 382

Ürək və damar xəstəliyindən yaxa qurtarmaq heç də asan deyildir. Bildiyimiz kimi, adını çəkdiyim xəstəliklər də ən çox kişiləri yaxalayır. Bunun da əsasında stress, siqaret, yuxusuzluq, gərginlik, spirtli içkilər, qan təzyiqi, bədəndə piyləmə durur. Özü də xəstəlik kişilərdə 45-50 yaşlarda daha çox şiddət alır və hər an bu təhlükə yarana bilir.

Kişiyə həyat yoldaşı daha çox yaxın olur. Ağıllı, ərinə sədaqətli qadın onu heç vaxt bu ağır vəziyyətdə köməksiz qoymur, nəyin bahasına olursa olsun onunu həyatını qorumağa çalışır. Həmçinin həkimlərin bu işdə kömək məqsədilə qadınlara bir-neçə tövsiyəsi vardır. Birinci növbədə bunun üçün evdə sakit və rahat şərait yaratmaq əsas şərtdir. Təhlükə baş verəndə qadın özünü itirməməli və nə etmək lazım olduğunu bilməlidir.

İnfarkt başladığı ilk andan etibarən dəqiqələr çox dəyərlidir. Bu halda xəstənin yaxın adamı vəziyyətə uyğun hərəkət etməlidir. Təcili yardım çağırmaq əsas şərtdir. Bundan sonra qadın bunlara mütləq əməl etməlidir.

Xəstə yerindən tərpənmədən olduğu yerdə uzanmalıdır. Uzandığı yer yataq olmasa da, olar. Qaldı ki, başının altına bir şey qoymaq lazımdır. Yaxası, kəməri, qalstuku dərhal açmaq ən vacib şərtdir. Əgər evdədirsə daha rahat nəfəs alması üçün pəncərələr açıq olmalıdır. Evdə ürək dərmanı varsa dilinin altına qoyulmalı və onun sakit qalması üçün qayğı, şəfqət göstərmək xeyirlidir. Xəstə çox tərləyirsə, bu, onun qan təzyiqinin düşməsinə işarədir. Belə halda xəstənin baş altısı alçaq olmalıdır. Sonda əgər xəstə su istəsə verilə bilər.

Bütün bunları görməklə qadın təcili yardım gələnədək ərinin həyatını ola biləcək təhlükədən qoruyur.

 

Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir