30

Kişilərlə bağlı bilmədiyimiz 8 İNANILMAZ FAKT

Baxış sayı: 1. 587

Qadın bədəni daha çox diqqət cəlb etdiyi üçün reklamlarda ən çox zərif cinsin nümayəndələri rol alır. Lakin kişi bədəni də kiyafət qədər sirlidir.

“Gencaile.az”  xarici mətbuata istinadən həm qadınlar, həm də kişilərin özləri üçün tapmaca olan bəzi xüsusiyyətləri təqdim edir.

Bu 8 faktı bildikdən sonra güclü cinsin nümayəndələrinə başqa cür baxmağa başlayacaqsınız.

1. Ləng qocalma

Kişilərin üzü qadınlarla müqayisədə daha çox cavan qalır. Məsələ ondadır ki, kişilər yaşa dolduqca dəridə kollagen sıxlığı yavaş-yavaş itir, buna görə də qırışlara və sallanmaya qarşı daha yaxşı müqavimət göstərir.

Lakin kişilər dərilərinə qadınlardan daha az qayğı göstərdiyi üçün mənfi xarici təsirlərə daha tez məruz qalır və beləliklə təbii üstünlüyü heçə endirirlər.

2. Südvermə qabiliyyəti

Bəli, səhv eşitmədiniz, kişilər arasında da süd istehsal edə bilən vəziləri var. Lakin onun istehsalı normalardan kənara çıxmır və qadınlarda olduğu kimi kişilərdə də müxtəlif dərəcədə inkişaf edir.

Bunun günahkarı prolaktin hormonun artırılmasıdır, məsələn, ürəyi stimullaşdıran preparatlar hipofiz funksiyalarının və hipotalamusun pozulmasına səbəb ola bilər.

3. Dazlaşma

Belə hesab edilir ki, dazlaşma kişilərə yalnız ana X-xromosomundan verilir. Amma bu belə deyil, başqa vacib amillər də var.

Əgər ata keçəldirsə, onda onun dazlaşmaya meylliliyi 60% artır. Kişi hormonlarının aktiv fəaliyyəti də tük soğanağına təsir edir və beləliklə də orqanizm yeni saç yaratmaq qabiliyyətini getdikcə itirir. Sözsüz ki, stress və qeyri-düzgün qidalanma da saç tökülməsi riskini xeyli artırır.

4. Premenstrual (menstruaiya zamanı qadınlarda rast gəlinən duyğusal anlar) sindirom

Bu fakt da sizə qəribə görünə bilər, amma kişilərin 26% -ində bu əlamətlər rast gəlinir. Belə bir dövrdə kişi ac, əsəbi, daha həssas olur və hətta qarın ağrılarından əziyyət çəkə bilər. Ümumiyyətlə, qadın nə hiss edirsə, o duyğuları yaşaya bilər.

5. Qadın başlanğıcı

Bütün insanlar yerdə öz varlığını qadın kimi başlayır. Cinsiyyətin müəyyən edilməsinə X- və Y-xromosomu cavab verir. Əgər mayalanmada iki X-xromosomu birləşərsə, qız, X- və Y-xromosomu birləşərsə, onda oğlan olacaq.

Məsələ ondadır ki, Y-xromosomu ilk 5-6 həftə qeyri-fəaldır və o qüvvəyə minməyəcəyinə embrion qız kimi inkişaf edir.

6. Qalın dəri

Kişi dərisinin qalınlığına görə testosteron hormonu cavab verir. Məhz buna görə də kişi dərisi qadınlardan təxminən 25% faiz qalındır.

Əvvəlki üstünlüyünə baxmayaraq, dəri kişilərin həyatı ərzində incəlir, halbuki qadınlarda klimaksa qədər dəyişməz qalınlıqda qalır.

7. Hulqum

Siz heç nə vaxtsa hulqumun nə üçün lazım olduğunu və qırtlaq altındakı çıxıntının niyə kişilərə məxsus olduğu barədə düşünmüsünüz? Ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusunun əsas funksiyası – səsli qovşaqlarının qorunmaqdır.

Qalxanvarı qığırdaq həm də səs tonlarının hündürlüyünə görə cavabdehdir. Yeniyetmə yaşlarında o, üzüyəbənzər qığırdağa doğru dəyişir, bununla da səs tonu qalınlaşır. Buna görə də kişilərin səs tonu qadınlardan daha çox qalındır.

8. Rəng fərqi

Kişilər rəng çalarını qadınlardan daha pis seçir, bunun da səbəbi çox sadədir. Rəng duyumuna görə, konus adlanan kolba hüceyrələri cavab verir. X-xromosomunda onlar haqqında məlumat olur. Qadınlarda X-xromosomları 2 olduğu üçün müvafiq olaraq konus hüceyrələri onlarda daha çoxdur. Şübhələnirsiniz? Onda alimlərin keçirdiyi şəkildəki testi buna misal göstərmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir