aile

Kişini ovcunuzda saxlamaq istəyirsinizsə OXUYUN

Baxış sayı: 2. 929

Çətin bir mübarizədən sonra bir kişinin maraq sahəsinə girməyi bacardınız. İndi növbə o kişini, əldə saxlamağın sirlərini öyrənməyə gəldi. Azadqadın.az saytı, bir kişini əldə saxlamağın yollarını araşdırdı. Xəbərimizi oxuyaraq, onu özünüzə necə tamamilə bağlayacağınızı və necə əlinizdə saxlayacağınızı öyrənə bilərsiniz.

 Kişini əldə saxlamağın 13 yolu

1) Kişilər uşaq kimidir. Tez sıxılarlar. Onların oyuncaqlarını tez-tez dəyişdirin. Başlarını qatacaq yeni şeylər tapın və tapdıqlarınızın hamısı sizin idarənizdə olsun. Kişilərin oyuncaqları arasında yeni hobbilər, əyləncələr, qısa məsafəli (sizinlə birlikdə) səyahətlər kimi,həmişə sizin təşkil etdiyiniz layihələr olsun.

2) Özünüzü və görünüşünüzü də tez-tez dəyişdirməyi unutmayın. Evin əşyalarını, evin özünü, avtomobili, sahib olduğunuz ortaq hər şeyi mülkiyyəti öz üzərinizə keçirin. Kişinin cibində cib xərcliyi xaricində pul buraxmayın.Yoxsa, çox pul kişini azdırar və yeni içində sizin olmadığınız xəyallar qurmağa başlayar.

3) Onu elə inandırın ki, əgər siz onu tərk etsəniz, həyat onun üçün bitəcək,küçələrdə yaşayan bir məzlum olacaq.Əgər siz olmasanız nə adam kimi bir şey yeyə biləcək, nə də içə biləcəkdir.

4) Nə vaxt özünə güvəni artsa dərhal onun güvənini qırın qarnından,çəkisindən,saçından,saqqalından şikayət edin. Özündə başqa qadınları xəyal edəcək gücü belə tapa bilməyəcək. Amma ona gözəl yeməklər, ütülü və təmiz paltarlar təqdim etməyə laqeyd yanaşmayın.

5) Əgər bir  evdən uzaqlaşmağa başlamışsa və yoldaşlarıyla görüşməkləri çoxalmışsa, siz ondan çox çölə çıxın, gəldiyində sizi evdə tapa bilməsin. Belə vəziyyətlərdə ona yemək və təmiz paltar verməməklə onu cəzalandırırın.

6) Qısa zamanda yola gəldiyini görəcəksiniz. Evdə əylənməsini, evdə televiziya və film seyr etməklə vaxtını keçirməsini təmin edin. Həftə sonları onu mütləq bir yerlərə aparın.Yaxşıca yorulmasını təmin edin. Yorğun kişilər üçün ev bir sığınacaqdır və yorğun kişilər təhlükəsiz olarlar.

7) Ailə dostlarının və dostlarının xanımlarına diqqət yetirin dul,subay və evli olmaqlarına baxmayaraq gözü çöldə olanları yoldaşınızdan,sevgilinizdən uzaq tutun.

8) Həyat yoldaşınızın,sevgilinizin iş yerinə tez-tez gedin və oradakı potensialı təhlükəli olan qadınları təyin edin və onlarla dostluq qurun. Beləliklə, onları nəzarət altına ala bilərsiniz.

9) Həyat yoldaşınızı,sevgilinizi mükafatlandırmaqdan qaçmayın,hər fürsətdə onu tərifləyərək şişirdin.Amma özündən çox razı qalmamasına diqqət edin. Yoxsa həqiqətən özlərini bir şey sayarlar.

10) Əgər evlisinizsə dərhal hamilə qalın və uşaq sahibi olun.Uşaq kişini evə bağlayar,onu yaxşı əyləndirər.

11) Adətən yaxşı xasiyyətli olun.Kişinin başını çox şişirtməyin.Ancaq zaman-zaman böyük bir dava çıxardaraq onu əzin.  Kişi həm həyəcanlanar,həm də sizi itirmək qorxusu ilə sizə daha çox bağlanar.

12) Əgər sizə qarşı incidici və pis davranışlar göstərirsə, ona dərhal cəza verin. Bu cəza yataqdan yeməyə qədər geniş bir cəza ola bilər.

13) Bir iti öyrədən kimi yaxşı davranışlarını mükafatlandırın, pis davranışlarına cəza verin. Beləcə sərhədlərini öyrənəcək və ona görə davranacaq. Görünüş olaraq həmişə ondan yaxşı görünməyə çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir