sevgi

Kişinin sevdiyini bilmək üçün qadınlar nələrə diqqət etməlidirlər?

Baxış sayı: 488

Bir müdrikdən soruşublar ki, həyatda sevmək gözəldir, yoxsa sevilmək? O isə cavab verib: “Əlbəttə sevmək gözəldir, çünki sevildiyini heç bir zaman bilmirsən”.

Qadınları hər zaman bir sual maraqlandırır  – “həyat yoldaşım / sevgilim məni sevirmi?” Mütəxəssislərin fikrincə, kişilər, sevdikləri qadınlarla fərqli davranırlar. Yəni, sevgi sadəcə söz deyil, eyni zamanda davranışdır. Kişilər öz sevgilərini qadınlarına qarşı davranışları ilə sərgiləyirlər. Əgər bir kişi sevirsə.. Bu suala cavab tapmaq üçün aşağıya nəzər salın.

 

O, sizi diqqətlə dinləyir

Söhbət zamanı kişilər bəzən başqalarını dinləmir, sadəcə dinəmiş kimi göstərir və bəzən sözlərini kəsirlər. Sevdikləri qadına qarşı isə kişilər fərqli davranır. Onlar sevdikləri qadını diqqətlə dinləyirlər. Dinləyirlər ki, onu bütünlüklə başa düşə bilsinlər. Bununla yanaşı, onlar sevdikləri qadının bütün danışdıqlarına hörmət edir, yadında saxlamağa çalışır. Əgər kişi sizi sevirsə, siz onun sizə qarşı necə diqqətli olduğunu və diqqətlə dinlədiyinin şahidi olacaqsınız.

 

Sizi istəmədiyiniz heç nəyə məcbur etməz

O, sizin qərarlarınıza hörmət edir, istəmədiyiniz heç nəyə sizi məcbur etmir. Əgər bir şeyi istəmirsinizsə və ya bir şeyə hazır deyilsinizsə, o sizi əsla məcbur etməz. Sizi incitməmək üçün heç o mövzuda bir daha danışmaz da.

 

Sizinlə maraqlanır

Onu sizin hissləriniz, düşüncələriniz maraqlandırır. Dünyaya necə baxırsınız, arzularınız və xəyallarınız nədir? O, bütün hər şeylə maraqlanır.

 

Sizə bir qədər azadlıq verir

Münasibətlərdə partnyorların bir-birinin həyatına müdaxilə etdiyi zaman gərginlik yaranır. Adətən qadınlar onların azadlığını boğan və onların inkişafına mane olan kişiləri sevmir. Sizi həqiqətən sevən kişi qayğınıza qalmaqla yanaşı, sizin həyatınıza müdaxilə də etməyəcək.

 

Qayğınıza qalır

Biz sevdiyimiz insanların qayğısına qalırıq. Onlara qayğı göstərdiyimizi müxtəlif üsullarla göstərə bilirik. Bəzən öz partnyorumuza sadəcə dəstək olmaqla və yaxud xəstələndiyi zaman qulluq etməklə bunu biruzə edirik.

 

Sizin haqqınızda dostlarına və ailə üzvlərinə danışır

Kişilər, öz hisslərini kiməsə danışmağı sevmirlər. Əgər o, rahatlıqla sizin haqqınızda dostlarına və ailə üzvlərinə danışa bilirsə, siz onun səmimiliyinə inanmalısınız.

 

Sizə düzgün məsləhətlər verir və sizdən məsləhət alır

Sevən kişi, qadını ilə fəxr edir. Onun işini dəyərləndirir və ona məsələhətlər verir. Və irəlidə olması üçün çalışır. Sevən kişi, qadınına işində və ya həyatında əngəl yaratmır.

 

Sizinlə vaxt keçirməyə çalışır

Sevən kişi, qadınını daim yanında saxlamaq üçün çalışır və ona vaxt ayırır. Sevən kişi, heç nədən qorxmur. Onu sizin yanınızda olan zaman xərclədiyi pulun miqdarı da maraqlandırmır. O, sizinlə keçirdiyi vaxtdan zövq alır.

 

Sizi kişi dostlarınıza qısqanır

Siz, qarşı cinsdən olan dostlarınızla görüşən zaman sizi qısqansa da, buna qadağa qoymur. O, sadəcə öz qısqanclıq hissləri haqqında danışmaqla sakitləşir.

 

Əsl yaxınlıq üçün yatağı önəmli hesab etmir

Onun üçün əsl yaxınlıq yataq deyil, sizin qanınız qara olanda alnınızdan öpməklə də kifayətlənə bilir. O, emosional yaxınlığa can atır. O, istəyir ki, siz bir-birinizin ürəyinə toxuna biləsiniz. Bir-birinizi başa düşə biləsiniz.

 

Bəzən sizə incə damarını da göstərə bilir

Kişilər, nadir halda öz zəif yerini qadına bildirir. Onlar emosional görünməyi sevmir və onlar üçün zəif yerini hiss etdirmək zəiflik hesab edilir. Əgər kişi sizinlə öz sirlərini bölüşürsə, problemlərindən, narahatlıqlarından və qorxularından söz açırsa, o, həqiqətən sizi sevir.

 

Sizinlə münasibətinizə görə mübahisə edir

Mübahisələr, bütün münasibətlrədə olur. Mübahisələr, bizim üçün önəmli olanları bizə göstərir. Siz, kişinin sizinlə mübahisə etməsinə baxaraq, sizi sevib-sevmədiyini öyrənmiş olacaqsınız. Əgər o, aranızda yaranmış problemi həll etməyə çalışırsa, güzəştə getməyə hazırdısa və buna görə zaman və enerji sərf edirsə, əmin ola bilərsiniz ki, o, sizi sevir.

 

Heç bir zaman sizinlə münasibəti kəsmir. Sizin ağır problemləriniz olduğu zaman belə

Vəziyyət nə qədər ağır olursa olsun, sevən kişi, heç bir zaman ayrılığa qərar vermir. O, hər zaman sizi günahlandırmaq əvəzinə problemi həll etməyə çalışır. O, vəziyyəti dəyişmək üçün hər zaman yollar axtarır.

 

Sizinlə gələcək planlarla bağlı danışır və müzakirələr aparır

İnam odur ki, onsuz münasibət qurmaq çətindir. Önəmli addım atmağa və önəmli qərar verməyə çalışan kişi, sizinlə də məsləhətləşəcək. Çünki o, sizə inanır və sizin düşündüyünüz onun üçün önəmlidir. Öz növbəsində sizə məqsədlərinizə çatmaq üçün yardım edəcək.

 

O, sizi daxilən və zahirən ən gözəl qadın hesab edir

Sizi sevən kişi üzünüzdə yaranmış sızanağa, dodağınızdakı uçuğa və s. xırdalıqlara əsla fikir verməz. Sizin kökəlməyiniz və ya arıqlamağınız onu qayğılandırmır. Siz, onun üçün hamıdan gözəlsiniz. Çünki o, sizi bütünlüklə, hər şeyinizlə sevir.

Belə, əziz xanımlarımız. İndi düşünün: kişi sizi sevirmi?

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir