Zumrud Haqverdiyeva

Kleptomaniya nədir və onunla necə mübarizə aparmalıyıq? – “SEANS VAXTI”

Baxış sayı: 486

Uşaqlarda görülən oğurluq davranışı valideynləri narahat edən bir vəziyyətdir. Ancaq bu oğurluq davranışı uşaqda uyğunlaşma və davranış problemindən xəbər verir.

7-8 yaşa qədər görülən icazəsiz əşyaları götürmə davranışı, “oğurluq davranışı” olaraq qəbul edilmir. Bu dövrdən əvvəl, xüsusilə 3-6 yaş arası uşaqlar evlərində və ya bağçada  gördükləri əşyaları və oyuncaqları almağa fikir vermirlər. Uşağın bu davranışının altında yatan səbəb onun bəyəndiyi obyekti yanında saxlamağa çalışmasından başqa bir şey deyil. Məktəbəqədər yaşda sahiblik hissi tam formalaşmadığından uşaqlar başqasının əşyasını  icazəsiz götürməyin pis davranış olduğunu anlamaqda çətinlik çəkirlər. Bu səbəbdən oğurluğun davranış pozğunluğu kimi qiymətləndirilməsi üçün uşağın məktəb  yaşına çatması lazımdır.

Uşaqlarda  davranış pozğunluğu olaraq görülən oğurluğun altında yatan səbəbləri belə ümumiləşdirə bilərik;

usaq-pul

1) Səhv valideyn yanaşması

– Həddindən artıq intizamlı münasibət

– Daima başqaları ilə müqayisə etmək

– Pula həddindən artıq laqeydlik və ya xəsislik

– Maliyyə cəzalarının verilməsi

Yuxarıdakı başlıqlardan göründüyü kimi, valideynlərin həddindən artıq intizam və sərt davranışları uşaqlarda oğurluq davranışına səbəb ola bilər. Uşağın tez-tez qardaşları və ya qonşularının, dostlarının və qohumlarının uşaqları ilə müqayisə edildiyi halda oğurluq davranışına yol aça bilər. Ailənin uşağın maddi ehtiyaclarını ödəyə bilmədiyi üçün uşağı cəzalandırması, iqtisadi çətinliklər üzündən uşağın fiziki ehtiyaclarını ödəyə bilməməsi, valideynlərin hədsiz şəfqəti və ya xəsisliyi, kimi yanlış davranışlardır.

usaqpulu

2) Dəyərsizlik hissi və özünə inamsızlıq

Uşağın dəyərsizlik hissi bu davranışı tətikləyir. Uşaq özünü qeyri-kafi hiss edərək dəyərli hesab etdiyi şeyləri oğurlayaraq özünü dəyərli etməyə çalışır. Qeyri-adekvatlıq hissləri yaşayan uşağın valideynlərinin həddindən artıq qoruyucu münasibəti və daim uşağı idarə etməyə çalışan rəftarları uşağın bu hisslərini gücləndirir.

 

3) Qısqanclıq və rəqabət hissləri

Qardaşlarını və ya digər uşaqlarını qısqanan uşaqlar rəqabət hissini boğmaq üçün oğurluq davranışı göstərə bilərlər. Bu səbəbdən uyğunlaşmaqda problemi  olan uşaqlarda oğurluq etmək,  rəqabət aparan şəxsdən qisas almaq deməkdir.

 

4) Sevginin olmaması

Fiziki və maddi ehtiyacların ödənilməməsi, eləcə də mənəvi ehtiyacların ödənilməməsi bu oğurluq etməsinə səbəb ola bilər. Yetərincə sevilmədiyini və kifayət qədər  diqqət görmədiyini düşünən uşaq, əldə edə bilmədiyi sevgi boşluğunu başqalarının əşyalarını oğurlayaraq doldurmağa çalışır. Bu səbəbdən də kimsəsiz, küçə uşaqları və ailələri tərəfindən təcrid olunmuş uşaqlarda oğurluq davranışı daha tez-tez rast gəlinir.

Valideynlər  bu problemlə bağlı müraciət etdikləri mütəxəssis tərəfindən övladlarına yanaşmaları barədə məlumatlandırılmalıdır. Burada qısa şəkildə ümumi desək,  valideynlərin diqqət etməli olduğu şeylər aşağıda verilmişdir;

USAQ-PUL

1) Mühakimə və ittihamedici münasibətdən qaçın

2) Alçaldıcı və utanc verici bir münasibət sərgiləməmək

3) Bu davranışa görə uşağa inamsızlıq ifadə etməmək

4) Cəzalandırıcı  davranışlar nümayiş etdirməmək

5) Təhqiredici davranış nümayiş etdirməmək

6) Zorakılığa əl atmamaq

 

Zümrüd Haqverdiyeva

Special School Məktəb tipli Reabilitasiya Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir