uşaq

Körpələrimizin gecə rahat yatması üçün… – YENİ METOD

Baxış sayı: 2. 067
Nyu York pediatrları körpələrin yemək üçün oyanmadan 8 saat yatmasının metodikasını kəşf ediblər.
Pediatrlar Luiza və Conatan Ceysinin Nyu Yorkda nəşr etdirdikləri metodikası körpələrinin daima gecələr oyanmasından yorulub-usanmış anaların köməyinə gələcək. Metodika uşağın acımaq hissini tədricən yeni cədvələ uyğunlaşdırmaqdan ibarətdir.
Əgər uşaq yatmazdan əvvəl böyüməsi və inkişafı üçün lazımi qədər qida qəbul edirsə, gecənin bir aləmi yemək üçün oyanmayacaq. Əgər qida qəbulu arasındakı interval dörd saatdan azdırsa, Luiza və Conatan Ceysinin fikrincə, uşağı yeni cədvələ öyrəşdirmək üçün hər gün bu müddəti 15 dəqiqə uzatmaq lazımdır. Əgər uşaq oyanıb yemək “tələb edirsə”, imkan daxilində vaxtı bir qədər uzatmaq lazımdır. Ceysi hesab edir ki, uşaq oyanan kimi dərhal yemək verməyə gərək yoxdur. Onların fikrincə, tez-tez qidalanma nəticəsində uşağın mədəsi yuxu və qida qəbulunun yanlış qrafikinə vərdiş edəcək.
Pediatrlar Luiza və Conatan Ceysi öz üsullarından artıq 20 ildir ki, istifadə edirlər və o, 90% müsbət nəticə verir. Cəmi iki həftə ərzində uşağı gecələr 7-8 saat qida qəbul etmədən yatmağa oyrəşdirmək olar.  Belə “məşq” sayəsində uşağın beyni mədənin yalnız düzgün siqnallarına qulaq asmağa başlayır və gündüzlər 4 saatdan bir, gecələr isə 7-8 saatdan sonra verilən siqnalları generasiya edir. Ceysinin fikrincə, qidalanma rejimini məhz südəmər vaxtından tənzimləmək lazımdır. Belə ki, bu vərdiş insanı bütün ömrü boyu təqib edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir