Körpəniz diş çıxarırsa…

Baxış sayı: 1. 492

Körpələrin diş çıxarma dövrünü bir çox valideyn də narahat keçirir. Yuxusuz gecələr, dayanmadan ağlayan körpə yəqin ki, çoxları üçün tanış səhnədir. Mütəxəssislərin fikrinə görə, diş çıxarma dövründə körpələrdə müşahidə olunan əlamətlər bunlardır: ağız suyunun artımı, yüngül qızdırma, ağlama, əllərini dişləməsi, yuxu nizamsızlığı, iştahsızlıq. İlk görülən əlamət isə ümumiyyətlə ağız suyunun artımıdır. Diş çıxarma dövründə çənə və ağız ətrafında qızartı əmələ gələ bilər. Bu zaman körpənin üzü təmiz və yüngül bir dəsmalla silinməlidir. 37 dərəcə yüngül qızdırmanın normal qəbul edildiyini deyən mütəxəssislər daha yüksək qızdırmada körpənin diş çıxarma prosesində müqavimətin azalmasından qaynaqlı infeksiya ola biləcəyi qeyd edirlər. Bu vəziyyətdə uşaq həkiminə müraciət etmək lazımdır. Diş çıxaran vaxt körpələr yemək yemək istəmirlər. Qidadan imtina edən körpəyə yalnız ana südü də kifayətdir. Bu vəziyyətdə körpə yemək yeməsi üçün məcbur edilməməlidir. İştahsızlıq yaşayan körpənizə soyuq meyvə püresi və su verərək həm ağrısını yüngülləşdirə həm də qida və su itkisinin qarşısını ala bilərsiniz. Diş ətini təmiz və soyuq dəsmalla yüngül masaj etmək də mümkündür . Həmçinin “diş qaşıyıcılarından” da kömək ala bilərsiniz. Rezin “diş qaşıyıcıları” bir müddət soyuducuda saxlanılmalı sonra istifadə edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir