kosmetika

Kosmetikaya xərclənən pullar: 100 milyard dollar

Baxış sayı: 1. 264
“Bü gün Müqəddəs Ramazan ayının ilk günüdür. Ramazan ayı sadəcə hər bir müsəlmanın öz dini öhdəliklərini yerinə yetirməsi, Allaha daha yaxın olması və ya sağlamlıq baxımdan deyil, eləcə də vəsaitləri rasional xərclənməsi aspektindən əhəmiyyətlidir”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Ramazan ayı imkanlı insanlara məhz maliyyə baxımdan imkansızların vəziyyətini daha yaxından hiss etməyə və yaşamağa imkan verir:
“ABŞ-da il ərzində qadınlar 27,6, kişilər isə 11,1 milyard dollar vəsaiti kosmetik məhsulların alınması üçün xərcləyirlər. Bu rəqəm uyğun olaraq, Fransada 10,2 və 4.2, Yaponiyada 19,8 və 5,9, Almaniyada isə 9,3 və 3.9 milyard dollardır. Dünyada qadınlar yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər. Bununla yanaşı, dünyada gündəlik gəliri 1.25 dollardan az olan 1 milyard insan kəski yoxsulluq həddində yaşayır. 783 milyon insan isə hətta içməli su tapa bilmirlər. İnkişaf etmiş ölkələrdə bir xanım həyatı boyunca sadəcə kosmetik məhsulların alınması üçün 30 min dollardan çox pul xərclədiyi halda, Afrikanın və Asiyanın bəzi ölkələrində uşaqlar qida çatışmazlığından dünyalarını dəyişirlər”.
İqtisadçı bildirib ki, qiymətləndirmələr göstərir ki, qənaət yolu ilə kosmetikaya xərclənən vəsaiti 2 dəfə azaltmaqla dünyada yoxsulluq səviyyəsində yaşayan insanların sayını ən azı 30 fazi azaltmaq mümkündür:
“Deməli, dünyada bir tərəfdə 100 milyardlarla vəsaiti kosmetikaya xərcləyən imkanlı şəxslər, başqa tərəfdə isə gündəlik adi su və çörək tapa bilməyən və sayı milyarddan az olmayan insanlar var. Ramazan ayı məhz dünyadakı bu qeyri-bərabərliyi hiss etməyə, kasıbların yanında olmağa təşviq edir. Müqqədəs Ramazan ayınız mübarək. İnşallah bu ay xalqımız və vətənimiz üçün düşərli olsun”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir