kostyum

Kostyumda necə şıq görünmək olar? – KİŞİLƏR OXUSUN!

Baxış sayı: 459

Kişi geyimi dedikdə ilk ağıla kostyum gəlir. Bu geyimlər kişilərin həm xarizmatik, həm də zərif görünmək üçün əla seçimdir.

“Gencaile.az” saytı xarici mediaya istinadən xəbər verir ki, hər kəsin bədən quruluşu fərqli olduğu üçün kişilər seçim edərkən diqqətli olmalıdır.

Bəs, kostyumda necə şıq görünmək olar?

geyim

Modelyerlərin sözlərinə görə, kostyum seçərkən birinci onun altından geyilən köynəyin qol uzunluğuna fikir verilməlidir. Daha sonra çox da dabanlı olmayan, ancaq sərt görünüşlü ayaqqabı geyinməyiniz vacibdir. Həmçinin, kostyumla ayaqqabı rənginin uyğunluğu da əsas faktorlar arasındadır. Çalışıb açıq tonlarla tünd rəngləri qarışdırmayın.

Bundan əlavə gündəlik istifadə olunan pulqabı, brelok, telefon kimi aksessuarları əvvəlcədən ciblərinizə yerləşdirib, onların kostyumun görkəmini korlayıb korlamadığına fikir verin. Onların izlərinin bilinməsi kombinin möhtəşəmliyinə zərər verə bilər.

Kostyumların üst hissələrini uyğunlaşdırarkən çiyinlərlə başınız arasındakı əlaqə ilə yanaşı, pencəyin çiyinlərdən aşağıya qədər sərt bir xətt formada tikilməlidir. Bundan əlavə, pencəyin ön və sinə yaxaları qalxmadan durmalıdır.

Pencəyin yaxalığının bir-birindən ayrı əmin olun. Kürəyinizdə sərt bir xətt yaranarsa, deməli bu kostyumun çiyin hissədən əyninizə balaca olduğunun göstərcisidir.

Həmçinin, düymənin hər iki tərəfindəki X şəkilli xətlərdən çox dar olub-olmadığını müəyyən edə bilərsiniz. Kostyum açıq vəziyyətdə olduğu kimi düyməsi bağlı vəziyyətdə oturarkən də rahat olmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir