usaqlar

Məktəbdə zorakılığa məruz qalan uşaqların valideyni bunu necə anlamalıdır?

Baxış sayı: 491

“Bu günlərdə oğlum evə gəlib, məktəbdə bir sinif yoldaşının sinifdə özünü yaxşı aparmadığını, digər uşaqlara qarşı normal davranmadığını, mübahisə və dava etdiyini dedi. Oğlum, həmin uşağın sinifdə söyüş söydüyünü, digər uşaqları təhqir etdiyini də dilə gətirdi…”

Mütəxəssislərə görə, əslində bu davranışlar, travmatik ailələrdə böyüyən uşaqlarda özünü göstərir. Ailə daxili münaqişələr, uşaqların döyülməsi, ər-arvad arasında münasibətlərin kəskin həddə olması uşaqların psixikasına mənfi təsir edir. Belə “yaralı” ailələrdə böyüyən uşaqlar da öz növbəsində sinif yoldaşları və həmyaşıdlarına qarşı aqressiya nümayiş etdirir, dava-dalaşdan çəkinmirlər.

Məktəblərlə yanaşı, bütün cəmiyyəti narahat edən bu zorakılıq və uşaqların psixoloji sağlamlığı üçün də təhdid sayılır.

usaq

Bəs sinif yoldaşı tərəfindən zorakılığa məruz qalan uşaqların valideyni bunu necə anlamalıdır?

Mütəxəssislərə görə, bir davranışın zorakılıq olaraq müəyyən edilməsi üçün 3 şərt var. Bunlar; fərdə qəsdən zərər verməyi hədəfləmək, zərər verən davranışların uzun müddət davam etməsi və zorakılığı edənlə zorakılığa məruz qalan uşaqlar arasında güc balansının olmaması – yəni zorakılığa məruz qalan fiziki olaraq daha gücsüzdürsə, bu hal artıq zorakılıq hesab edilə bilər.

Psixoloq Elnarə Abdullayevanın sözlərinə görə, bir uşağın zorakılıq nümayiş etdirməsi və ya qurban rolunda olması adətən ailədə gördüyü bəzi davranışların təkrarıdır.

Ailə daxili zorakılıq, bir müddət sonra uşaq üçün travmaya çevrilir. Ailədəki münasibətlərdən travma alan uşaq, bunu digər uşaqlara qarşı təkrarlayır. Uşaq evdə zülmkar şəxsdən örnək götürürsə, məktəbdə də digərlərinə qarşı zülmkar davranır. Bunun əksi olaraq, evdə zorakılığa məruz qalan şəxsə rəğbət bəsləyirsə, məktəbdə qurban rolunda olacaq.

“Qısası, uşaq məktəbdə həmyaşıdlarına qarşı zülmkar davranırsa və ya buna məruz qalırsa, bu o deməkdir ki, uşaq evdə fiziki və ya psixoloji zorakılığa məruz qalır və ya buna şahidlik edir” – deyə psixoloq bildirib. Onun sözlərinə görə, zorakılıq edən şəxslərdə intiqam almaq, məşhur olmaq, xüsusi hiss etmək və bəyənilmək arzusu var.

Uşaq, zorakılığı nümayiş etdirmək üçün elə bir yer yer seçir ki, qurbanını kimsə qoruya bilməsin. Buna görə də dərs fasilələrində və ya dərsdən çıxan zaman zorakılıq nümayiş etdirir. Zorakılıq edən uşağın daxilində dəyərsizlik, uğursuzluq, kimsəsizlik hiss olur. Məsələn; evdə atasından anasına qarşı zorakılıq görən uşaq, anasına bənzər olduğunu düşünən birinə qarşı zorakılıq edir. Zorakılıq etdiyi zaman o, içində hiss etdiyi və bacara bilmədiyi bütün hissləri digər şəxsə yükləməyə çalışır. Zorakılıq edən şəxs, bu formada özünü sakitləşdirə bilir.

Zorakılğın bir neçə forması var: Şəxsə qarşı fiziki zorakılıq, sözlə zorakılıq, əşyalarına zərər verməkə nümayiş etdirilən zorakılıq, münasibətlərdə zorakılıq, cinsi zorakılıq və virtual zorakılıq nümayiş etdirilə bilər.

Fiziki zorakılıq; qəsdən qurbanı incitmək üçün ona xəsarət verməyə istiqamətlənmiş, digərinin pulunu və ya əşyalarını məcbur şəkildə əlindən almaqdır.

Sözlə zorakılıq; qurbanı telefonla narahat etmək, alçaltmaq, təhdid etmək, qurbana alçaldıcı ad vermək, sözlə təcavüz etmək, doğru olmayan və pis niyyətli dedi-qodular yaymaqdır.

Əşyalarına zərər verərək zorakılıq nümayiş etdirmə zamanı; zülmkar şəxs, qurbanın kitablarına zərər verir, paltarlarını cırır və əşyalarına zərər verir.

Münasibətlərdə zorakılıq; qurbanın şəxsiyyətini yox etmək, onu dostlarından uzaqlaşdırmaq və tək buraxmaqdır.

Cinsi zorakılıq; fiziki zorakılıqla müqayisədə daha az rast gəlinən bir vəziyyətdir. Cinsi zorakılıq zamanı, qurban cinsi təhqir sözlərinə və davranışlarına məruz qalır.

Zülmkar, qurban haqqında cinsi dedi-qodular yaya bilər. Bu şəxs, qurbanın cinsi inkişafına mənfi təsir edə bilər.

usaq

“Qurban” yaşadığı problemdən danışmırsa…

Əgər uşaq, başına gələnlər haqqında danışmırsa, o zaman uşaqda özünü ətrafa qarşı qapama müşahidə edilir. “Mən bacarıqsızam”, “Mən uğursuzam”, “Mən ideal deyiləm” və s. fikirlərlə özünü ittiham etməyə başlayar. Zaman keçdikdə özünə inamı azalar. Ailə hərhansı bir mövzuda uşağa müdaxilə etməyə çalışan zaman əsəbləşmə, aqressiya müşahidə edilə bilər. Daha öncədən uşaq üçün maraqlı olan və əyləncəli olan sahələrə uşağın marağı azalır. Əvvəlki kimi xoşbəxt deyil. Uşaq məktəbə getməmək üçün bəhanələr uydurmağa başlayır və məktəbdən zamanla uzaqlaşmaq dərslərinə də təsir edir.

Hər bir ailədə valideyn, övladının davranışlarına diqqət etməlidir. Yaşadığı problemi, ailəsinə danışa bilməsi üçün uşağa cəsarət verilməlidir. Məsələn; “sizin sinfinizdə uşaqlar bir-birinə qarşı problem yaradırmı, sənə qarşı kimsə nəsə etmir ki? Sən də kimisə incitmisənmi?” və s. bu kimi suallarla uşağınızın vəziyyəti ilə maraqlanın.

“Unutmayın ki, ev daxilində yaşanılan zülmkarlıq və zorakılıq, uşaqda özünə inamı azaldır. Zülmkar uşaqlar isə, tək qaldıqları zaman özlərini zəif hiss edirlər. Bu hissə dözə bilmədikləri üçün hisslərini qurbana yükləmək ehtiyacı hiss edərlər. Bu təhlükəli vəziyyətdir və ailə daxilində fərdlərin bir-birinə ötürülməsi ilə nəticələnə bilər. Zülmkar uşaq, böyüdüyü zaman da eyni davranışlar nümayiş etdirir. Zülmkar şəxslər, romantik münasibətlərində də problemlər yaşayarlar. Əvvəlcə xoşbəxt şəkildə başlayan münasibət, sonradan dava-dalaşlı bir hala düşür və ayrılıqla nəticələnir” – deyə psixoloq qeyd edib. Onun sözlərinə görə, bu problem, təkcə məktəb müşahidə edilən həmyaşıd problemi olaraq görülməməlidir. Bu, uşağın gələcəyini də sual altına alan bir vəziyyətdir.

Mütəxəssis qeyd edir ki, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ailədə zorakılıq bitdiyi zaman, uşağın da davranışları dəyişir. Bu səbəbdən də, uşaqlarınızın sağalm böyüməsi üçün dava-dalaşlarınızı onların gözü qarşısında etməyin. Və ya mübahisə etmək əvəzinə müzakirə etməyi və daha mülayim ünsiyyət formasıyla problemlərinizi aradan qaldırın. Özünüzü və uşaqlarınızı gələcəkdə yaşanacaq böyük və daha ağır problemlərdən qorumaq üçün indidən doğru addımlar atın. Bir-birinizə doğru…

 

İlahin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir