siyasetciler

Məşhur siyasətçilər… Əslində onlar kim olmaq istəyirdi?

Baxış sayı: 879

Dünyanın yeni tarixini yazan məşhur siyasətçilər arasında elələri də var ki, əslində özlərini tam başqa sahədə görmək istəyirdilər.

“Gencaile.az” Rusiya KİV-ə istinadən onlardan 4-ü barəsində maraqlı məqamları təqdim edir.

 

ABŞ-ın 45-ci Prezidenti Donald Tramp gənc yaşlarında kino məktəbinə getmək arzusunda olub. Lakin “işgüzar aləm” onu daha çox cəlb etdiyindən Pansilvaniya Universitetinin biznes ixtisasına yiyələnib.

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev məktəb illərində yaxşı oxumaqla yanaşı, idmana həvəs göstərib. Ətrafındakıları asanlıqla cəlb etməyi bacarırdı. Bu xüsusiyyətinə görə onu məktəbin lideri kimi qəbul edirdilər.

Şimali Koreyanın siyasi lideri Kim Çen – In uşaqlıqdan özünü böyük bir lider kimi görürdü. Təyyarələrə və gəmilərə çox maraq göstərirdi. Bəlkə də elə bu səbəbdən təyyarəçilik məktəbini bitirib.

Moskvanın meri Sergey Sobyanin məktəbdə əlaçı olub. Hətta institutu fərqlənmə diplomu ilə başa vurub. Elmə maraq göstərirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir