26178fc716595376615733234951049480

Məşhurlar məşhur olmayanda…

Baxış sayı: 441

Onların həyatı daim hər kəsin marağına səbəb olub. Bu yazıda məşhurların məşhur olmayan vaxtlarından söhbət açacağıq.

Məşhur olmamışdan əvvəl Bred Pit “El Pollo” restoranında işləyirdi. Tanınmış aktyor  toyuq kostyumunda rəqs edərək ziyarətçiləri cəlb edirdi.

bred pit

2020-ci ildə Amerikalı aktyor Corc Kluni və həyat yoldaşı Amal Kluni COVID-19 pandemiyasından zərər çəkənlərə yardım üçün 1 milyon ABŞ dollarından çox pul vəsaiti bağışlayıblar.

Amerikalı müğənni və aktrisa Rihanna atasını onun adı ilə bağlı  markasından  milyonlarla dollar əldə etmək məqsədilə  istifadə etdiyinə görə məhkəməyə vermişdi.

Tam adı Robin Rihanna Fenti olan aktrisa iddiasında bildirmişdi ki, atası Ronald Fenti qızının adını mənfəət üçün istifadə etmək məqsədi ilə “Fenty Entertainment” adlı istedad axtarışı şirkəti yaradıb. “Fenty Beauty” və “Savage x Fenty” markalarını yaradan Rihanna, atasından bir neçə dəfə onun adından istifadə edərək iş qurmamasını xahiş etdiyini, lakin qarşı tərəfin onun istəklərini nəzərə almadığını vurğulamışdı.

Aktrisa Ancelina Coli uzun illər ərzində psixoloji problemləri olub.  Uşaq yaşlarında valideynlərinin ayrılmasından depressiyaya düşən aktrisanın  gənc yaşlarında da bu xəstəlikdən əziyyət çəkdiyi deyilir. Onun, hətta bir zamanlar narkotikdən istifadə etdiyi də iddia olunur.

Sən demə Mister Bin rolu ilə məşhurlaşan məşhur Rouan Atkinson çox prestijli universiteti bitirib,  elektrik mühəndisliyi üzrə magistr dərəcəsinə yiyələnib.

Mark Zukerberq həyat yoldaşının qohumlarını daha yaxşı tanımaq üçün Çin dilini öyrənib.

Mark Zukerberq

Bütün dünyaya səs salan “ Matritsa” filminin baş aktyoru Keanu Rivzin çox çətin taleyi olub. O, 18 ay ərzində qızını və həyat yoldaşını itirib. Həmin faciə ilə eyni vaxtda onun bacısı da  leykozla mübarizə aparırdı. Uzun müddət depressiyada olan aktyor ona qalib gəlməyə bacarıb. Bu hadisədən sonra Keanu hətta   “Xoşbəxtlik səlnaməsi ” kitabını yazdı.

Aktyor Conni Depp əslində gözəl gitara ifaçısı olub. Aktyor Merilin Manson, “Oasis” və “Aerosmit”in konsertlərində iştirak edib. Yeri gəlmişkən, “Bir zamanlar Meksikada” filminin saundtrekində və “Şokolad” filmində olan musiqi məhz  Depp tərəfindən ifa olunub.

Cim Kerri çox kasıb ailədə anadan olub.  Cim ailəsinə dəstək olmaq üçün uşaqlıqdan  8 saatlıq növbədə işləyib.

Model Naomi Kempbellin  evində işləyən xadimələrin sözlərinə görə, model çox sərt və kobud biridir. Hətta bir dəfə əsəblərini cilovlaya  bilməyən model evində işləyən köməkçisini  başından vurduğu üçün onu tərəfdən  məhkəməyə verilmişdi.

Tanınmış aktyor Kristofer Uolken  sirkdə işləyirdi. 15 yaşından sirkdə işləyən gələcək aktyor şirləri təlim edən idi.

Uma Turmanın atası Tibetli Buddist rahibdir. Robert Turman Qərbdən bu şərəfə layiq görülən ilk şəxsdir (üstəlik, onu Dalay Lama özü rahib təyin edib).

Tom Kruz  keşiş olmaq arzusunda olub. O, hətta 14 yaşında seminariyada belə oxuyubmuş.

Meqan Foks braxidaktiliya xəstəliyindən əziyyət çəkir.  Bu xəstəyikdən əziyyət çəkdiyinə görə  onun baş barmaqları digərlərindən  daha balacadır və onların üzərindəki dırnaqlarda demək olar ki, yaxşı inkişaf etməyib.

rihanna

Rihanna 5 ilə yaxın vətəni Barbadosın ordusunda xidmət edib.

Çox az insan bilir ki, məşhur aktyor Keyt Uinslet  qızı Mia ilə səyahət edərkən terror hadisəsi ilə üzləşib. O vaxtdan bəri aktrisa xüsusilə qızı ilə daha az səyahət etməyə  çalışır. Müğənni Castin Biberin  mühafizəçisi Moşe Benabou onun barəsində məhkəməyə müraciət etmişdi.  Buna səbəb Castinin Moşeni günün 14-16 saatını işlətməsi və maaşını ödəməməsidir.

Demi Mur alkoqolik ailəsində böyüyüb. Gələcək aktrisa hələ məktəbdə olarkən valideynlərinin zorakılığına məruz qalaraq intihara belə  cəhd edib.

Rene Zelveger universitetdə jurnalistika fakültəsində təhsil alarkən   striptiz barda ofisiant  işləyirdi.

Madonna Nyu-Yorka yeni köçəndə “Donut” kafeləri şəbəkəsi olan “Dunkin Donuts”da işləyirdi. O, müştərini təsadüfən jele ilə ləkələdiyi üçün işdən çıxarılmışdı.

Tanınmış pop starı Sibel Can getdiyi otellərə mütləq özü ilə hamam xalatı və dəsmal aparır. Başqalarının toxunduğu həmin əşyaları istifadə edə bilmir.

Elvis Presli əslində sarışın idi. Orta məktəbdə oxuyarkən o, saçlarını qara rəngə boyamağa başlayıb.

Leonardo Di Kaprionun təxminən 17 kq ağırlığında olan “Sulkata” tısbağasının sahibidir. Leonardo onu 2010-cu ildə Şimali Amerika seleksiyaçılarının hərracında alıb. Qeyd edək ki, by tısbağaların ömrü adətən 80 ilə qədər ola bilər.

Amerikalı aktrisa Leighton Meester həbsxanada anadan olub. Onun anası burada  narkotik qaçaqmalçılığına görə cəza çəkirdi.

Məşhur müğənni Ledi Qaqanın köməkçisi  Cennifer Oneil bildirib ki, Qaqa heç vaxt tək yatmağı sevmirdi. Ona görə Cenniferin həyatı da məhkum həyatına çevrilmişdi. Onun sözlərinə əsasən, sənətçi başqa ölkəyə konsert üçün gedərkən hoteldə onunla eyni otaqda, eyni çarpayıda yatmalı idi.

cem yilmaz

Məşhur türk aktyoru Cem Yılmaz uşaqlıqdan dırnaq yeyir, yalnız səhnəyə çıxanda bu vərdişi unuda bilir.

Monoloq göstərməzdən əvvəl mütləq bir stəkan şirinçay içməli və yatıb dincəlməlidir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir