-c850c535168130891079976928311041227

Məşhurların bilmədiyiniz kompleksləri

Baxış sayı: 412

Onları milyonlarla pərəstişkarı təqlid edir, üslubları kopyalanır, hərəkətləri məşhur jurnalların səhifələrində müzakirə olunur.  Bəziləri üçün bu insanların həyatı  bir xəyal olsa da, əslində məşhurların da öz zəif nöqtələri və illər ərzində heç cür qəbul etmədikləri kompleksləri var.  Bu yazıda məşhurların komplekslərindən  bəhs edilir.

 

Sandra Bullok

Oskar mükafatının  sahibi, sevilən aktrisa Sandra Bullok öz  gülüşünü  heç sevmir. “Miss Congeniality” filmi ilə tanınan aktrisa öz gülüşünü çaqqalların nəriltisinə bənzədir.

 

Viktoriya Bekhem

Pərəstişkarları Devid Bekhemin həyat yoldaşını planetin ən ciddi  ulduzlarından biri adlandırırlar.  Lakin əslində Viktoriya gülümsəməkdən çox utanır.  Məhz buna görə o,  sevincini biruzə verməməyə üstünlük verir. Müğənni və modelyer, həmçinin  dərisindəki qüsurların mediada müzakirəyə səbəb olmaması üçün onun yaxından şəklini çəkməməyi xahiş edir.

 

Culia Roberts

“Gözəlçə” filmi ilə bütün dünyada məşhurlaşan Julia Robertsin çox çətin bir uşaqlığı olub. Ağız ölçüsünə görə, yaşıdları  tərəfindən təhqir olunan aktrisa hətta depressiyaya düşüb. Daha sonra özünü təstiqləməyə  çalışan Culia gözəllik yarışmalarına qatılır və uzun illərdən sonra bu kompleksindən azad olur. Hazırda isə müsahibələrinin birində, o, arıq  bədən quruluşundan narazı olduğunu vurğulayıb.

 

Penelopa  Kruz

İspan aktrisası  Penelopa  Kruzda  arıqlığından çox utanır. UşaqlıQdan balet ilə məşğul olan aktrisa helə o dönəmlərdən bəri çəkisi ilə  problem yaşayır.  Aktrisa  Pedro Almodovarın “Qayıdış” filminin çəkilişləri zamanı ombalarına daha həcmli və  cəlbedici göstərmək üçün xüsusi geyimləri geyinmişdi.  Nəticə aktrisanın o qədər xoşuna gəlmişdi ki, o bu geyimləri  evinə aparıb.

 

Peris Hilton

Hollivudun məşhur sarışınının isə  ayaqlarının böyük ölçüsü çox narahat edir.  Boyu 173 sm olan Perisin ayaqların ölçüsü isə  41-dir.  Aktrisa bunu özünün ən böyük qüsuru adlandır və onu ört-basdır etmək üçün  yalnız hündürdaban ayaqqabılar geyinməyə çalışır.

 

Keyli Kuoko

İnanmaq çətin olsa da, lakin  “Böyük partlayış nəzəriyyəsi ” ulduzu   Kuoko  öz səsinə nifrət edir. Keyli öz səsini  eşitməmək üçün hətta  çəkildiyi filmlərə və seriallara baxmır.

 

Uma Turman

Məktəb illərindən bəri sinif yoldaşları Uma Turmanın   təbəssümünü çirkin adlandıraraq onu daim ələ salırdılar.  Məhz  buna görə də Uma uzun illər ürəkdən  gülümsəməkdən qorxurdu.  İllər keçdikcə məşhur aktrisa onun canını çox sıxan bu kompleksindən azad olmağı bacarıb.

 

Natali Portman

Qədim zamanlardan bəri üzdə olan xallar gözəllik rəmzi kimi tanınmaqdadır. Lakin məşhur aktrisa Natali Portman belə hesab etmir. O, üzündə olan xallardan çox utanır və tez-tez saçları ilə onları  qizlətməyə çalışır.

 

Selena Qomez

Müğənni və aktrisa  Selena Qomez isə qulaqlarının formasını heç xoşlamır. Aktrisa qulaqlarının açıq qalmasını sevmədiyinə görə, demək olar ki, əksər hallarda saçlarını toplamır.

 

Cenifer Lopez

Sən demə, məşhur müğənni və aktrisa Cenifer Lopez uşaqlıqdan bədənin arxa hissəsinin iri olduğuna görə kompleks hissi  keçirirdi. Hazırda o, bədən proporsiyalarını  bir qədər azaltmaq üçün bütün  fotolarını redaktə edir.

 

Angelina Coli

Colinin dolğun və  cəlbedici  dodaqları bir çox xanımın arzusuna çevrilsə də, lakin   aktrisa onların formasını heç sevmir.  Aktrisanın sözlərinə görə, ona elə gəlir ki,  dodaqları o qədər böyükdür ki, az qala  üzünün  yarısını tutur.  Ancelina, həmçinin əlavə edib ki, o  yeniyetmə olanda dodaqlarını daha nazik göstərmək üçük  qəsdən dodaqlarını büzürdü.

 

Nikol Kidman

Kimin ağlına gələrdi, ki bir çox rolların mahir ifaçısı olan  Nikol Kidmanın da  görünüşü ilə bağlı bir çox kompleksləri var . Deyilənlərə görə, Nikol ən çox  arıq  bədən quruluşundam narazıdır. Aktrisanın düşüncələrinə görə onun bədən quruluşu heç də cəlbedici deyil və daha çox kişi bədənin xatırladır.  Bundan əlavə, Nikol həmişə  solğun dəri və çillərindəndən də narazıdır.  Onun üzündə olan çilləri, hətta aktrisanın   uşaqlıq travmasına dönmüşdü.

 

Tom Kruz

Məşhur aktyor Tom Kruz da öz xarici görünüşündən narazı olan məşhurların sırasını tamamlayır. Milyonlarla insanın sevimlisinə çevrilən aktyorun boyunun bir balaca  qısa olması onun kompleks hissi keçirməyinə səbəb olub. Aktyor hətta  boyunu  ən azı bir neçə santimetr uzatmaq üçün xüsusi altlıqlı ayaqqabı geyinir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir