Cennifer Lopez

Məşhurların gözəl saçlarının sirri

Baxış sayı: 2. 504

Qvinet Peltrou və zeytun yağı
Yarım fincan zeytun yağını saç diblərinə və dərisinə masajla yedirir və bir gün saçlarını yumur. Ertəsi gün saçlarını şampunla yuduqda solğun saçları yenidən həyata dönmüş olur.

Nikol Kidman və qızılgül suyu 
Avstraliyalı məşhur aktrisa qızılı saçlarının rəngini qızılgül suyunda olan təbii qırmızı piqmentlərlə qoruyurmuş.

İnes de la Fressange
Bir şüşə suyun içinə 3 xörək qaşığı sirkə qatın və şampunlayıb duruladığınız saçınıza çəkin. Bu da sizə parlaq saçlar!

mNaomi Lenor
Qıvrım saçlarına zeytun yağı və yumurta sarısıyla bir maska edib, bütün gecə saçlarında saxlayır. O saçlarının yumşaqlığını da buna bağlayır.

Sindi Krouford
Təyyarə səyahətlərindən əvvəl saç baxım kremi çəkib, yumadığı saçlarla səfər edən Krouford bu üsulun saçlarının daha yumşaq etdiyini deyir.

Ketrin Zeta Cons
Saçlarına parlaqlıq vermək üçün bal və pivə maskası edirmiş.

Amanda Sters
Son durulamada saçlarına limon suyu sıxan xanım bu üsulun sarı saçların rəngini qoruduğunu və onlara yumşaqlıq verdiyini deyir.

Ancelina ColiAncelina Coli
Saçlarına həcm vermək üçün saç diblərinə “talk” pudrası vurub darayırmış. Həmçinin aktrisa saçlarının parlaqlığının sirri kimi də çay suyunu göstərir. Coli qara çay bitkisini qaynadıb soyuduqdan sonra saçlarını bu su ilə yuyur.

Demi Mur
Saçlarını duruladıqdan sonra az zərər görmələri üçün onların bir müddət soyuq suda saxlayırmış.

Elison Paradis
Vanessa Paradisin kiçik bacısının saçlarının yumşaqlığının sirri şampunun içinə az miqdarda vücud geli qatmağında imiş.

Cennifer Lopez
JeyloParlaq saçlarının sirrini açıqladı: pivə. O saçlarını duruladıqdan sonra, ya da saç maskası olaraq pivədən istifadə edir. Tünd rəngli pivə saçlara daha yaxşı təsir edirmiş. Əgər saçlarınız çox qurudursa, pivəyə bir neçə damcı zeytun yağı əlavə edin və alınan qarışımı saçınıza maska kimi çəkin.

Melani Qriffit
Saçlarına parlaqlıq vermək üçün badam yağından istifadə edir.

Merilin Monro
Parlaq saçlara qovuşmanın tək yolunu suda görürmüş. Monro həyatda olduğu müddətdə saçlarını sadəcə içməli su ilə yuyurmuş.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir